Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda maşınlar üçün bəzi parklanma yerləri ləğv edildi


Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) təklifi ilə paytaxtda bir neçə yerüstü pullu parklanma yerləri ləğv edilib, orada quraşdırılan parkomatlar çıxarılaraq yerləri dəyişdirilib


Bu barədə "Trend"-ə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb həmin yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilməsi olub.

K.Əliyev qeyd edib ki, yol kənarlarında quraşdırılan parkomatların nəqliyyatın hərəkətinə təsiri ilə bağlı bir müddət əvvəl BDYPİ, Nəqliyyat NazirliyiBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nümayəndələrinin iştirakı ilə birgə keçirilən növbəti araşdırmalar zamanı 80-dən çox yerüstü pullu parklanma yerinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi aşkar edilmişdi: “Müəyyən olunmuşdu ki, parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilməsi xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə maneələr yaradır. Ona görə də həmin yerlərin ləğv edilməsi ilə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılmışdı”.

Şöbə rəisinin fikrincə, mərkəz ərazilərdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var: “Lakin bu, razılaşdırılmış qaydada olmalıdır. Hazırda bu məqsədlə araşdırmalar davam edir”.

Məsələyə aydınlıq gətirmək məqsədilə saytın sahəyə məsul qurum olan BŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən (XTAİ) hər hansı məlumat almaq üçün mütəmadi olaraq göstərdiyi cəhdlər nəticəsiz qalıb. İdarənin rəisi Həsən Abdullayev zənglərə cavab verməsə də, onun müavini Lətif Axundov bildirib ki, onlara KİV-ə hər hansı açıqlama vermək qadağan olunub. Bunun üçün BŞİH-in mətbuat xidməti ilə əlaqə saxlamaq lazımdır.

BŞİH-in mətbuat xidmətindən isə bildiriblər ki, XTAİ-yə mətbuata açıqlama vermək üçün heç bir qadağa qoyulmayıb. Sadəcə, görünür, Avropa Oyunları öncəsi görülən işlərlə bağlı ümumi məlumat veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar