Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki “Vosmoy bazarı” kimi tanınan bazar özəlləşdirilib
Özəlləşdirilən məkan rəsmi olaraq “8-ci km Ticarət Mərkəzi” ASC adlanır və bir müddət öncə Dövlət Komitəsi mərkəzin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
Artıq investisiya müsabiqəsinin qalibi elan olunub və həmin qurum dövlət büdcəsinə 312 min manat məbləğində pul köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1.180.760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb. (bakupost.az)
pia.az