Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda metrodan istifadə artıb



Bakı Metrosu bir ildə 215,5 milyon nəfərə xidmət göstərib


 Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2014-cü ildə 4,3 faiz artaraq 215,5 milyon nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 58 faizi avtonəqliyyat, 27,7 faizi boru kəməri, 9,8 faizi dəmiryolu, 4,5 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Qeyri-dövlət bölməsində yük daşınması 3,5 faiz artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 76,4 faiz təşkil edib. Ötən ilin yanvar-dekabr aylarında nəqliyyatçılar 1,8 milyard nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 88 faizi avtomobil, 11,8 faizi metro nəqliyyatının xidmətlərindən istifadə edib.

Hesabatda, həmçinin bildirilib ki, nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 128,6 milyon ton yük, 1,6 milyard sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 və 4,8 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə ediblər. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,1 faiz artıb. 

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,3 faiz artaraq 215,5 milyon nəfər olub. 

Hava nəqliyyatı ilə 1,8 milyon və ya 7,6 faiz çox sərnişin daşınıb, daşınmanın 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə daşınmış yüklərin həcmi 123,8 min tona çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar