Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda meyiti tapılan qızı anası öldürübmüş


Qızın anası tərəfindən atıldığı məlum olub


Bakıda meyiti tapılan körpə qızın anası tərəfindən öldürüldüyü məlum olub.
 
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Məmmədova aprelin 15-də övladı, 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanı boğaraq dənizə atıb.
 
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
G. Məmmədova 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
 
Qeyd edək ki, aprelin 16-da rayonun Bibiheybət qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti tapılıb.
 
*****
 
20 aprel
 
 
Bakıda dəniz sahilində meyiti tapılan körpənin anası tərəfindən atıldığı məlum olub.
 
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, aprelin 16-da rayonun Bibiheybət qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti tapılıb.
 
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində C. Mirzəyevanın ölümünə anası Günayın səbəb olduğu müəyyənləşib. Belə ki, anası övladını hələlik məlum olmayan tarixdə dəniz sahilinə qoyaraq, hadisə yerini tərk edib.
 
Polisdən azyaşlının anasının Ruhi Əsəb Dispanserinə yerləşdirildiyi bildirilib.
 
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə)  maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
 
 
*****
 
12:45
 
Bir neçə gün əvvəl Bakıda dəniz sahilində tapılan körpə qız meyitin kimliyi müəyyən edilib.Araşdırmalar nəticəsində Bibiheybətdə dəniz sahilində meyiti aşkar edilmiş körpə qızın 3 yanvar 2013-cü il tarixində anadan olmuş və Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 36-da yaşamış Mirzəyeva Cəmilə Ramil qızı olması müəyyən edilib.
 
2 yaşlı qızın hansı şəraitdə və nə vaxt dənizə düşməsi, eləcə də digər suallar ətrafında araşdırmalar davam etdirilir.
 
 
*****
 
17 aprel
 
Bakıda dəniz sahilindən körpə qızın meyiti tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 16-da Səbail rayonu Bibiheybət qəsəbəsinin dəniz sahilində üzərində zorakılıq əlamətləri görünməyən 2-3 yaşlı qız meyiti aşkarlanıb
 
Faktla bağlı araşdırmalar aparılır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar