Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda parkda maşın aşdı- Fotolar


Bakıda yol qəzası baş verib, qəzaya uğrayan maşınlardan biri aşıb


PİA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb. 

Cavanşir körpüsü istiqamətində hərəkətdə olan və Yusif Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Toğrul Orucluya məxsus KİA markalı maşına çırpılıb. Bundan sonra Yusif Məmmədzadə idarəetməni itirib, avtomobil yoldan çıxaraq, Şah İsmayıl Xətai heykəlinin ətrafındakı parka aşıb.

Aşan "Mercedes"in sürücüsü Yusif Məmmədzadə yüngül xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası sürücüyə yerində yardım göstərib. Avtomobildəki iki sərnişin və digər avtomobilin sürücüsü xəsarət almayıblar. Avtomobillərlə yanaşı, Xətai parkına da ziyan dəyib.

Xətai Rayon Polis İdarəsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya KİA markalı avtomobilin sürücüsü Toğrul Oruclunun manevr qaydalarını pozması səbəb olub. Belə ki, o, Yusif Səfərov küçəsinin sol hərəkət zolağından sağa - Mehdi Mehdizadə küçəsinə dönmək istəyib. Nəticədə KİA sağ hərəkət zolağı ilə hərəkət edən "Mercedes"ə çırpılıb. "Mercedes"in sürücüsü Yusif Məmmədzadənin də sürət həddinə əməl etmədiyi ehtimal olunur. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar