Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda peşəkar ev oğruları yaxalandı - Fotolar


Bakıda 100-dən çox mənzildən oğurluq edən qrup üzvləri yaxalanıb


PİA.AZ Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı 40 yaşlı Paata Mkurnalidze, Bakı şəhər sakinləri, 31 yaşlı Quram Zeynalov və 27 yaşlı Aleksandr Xusainov saxlanılıb. Dəstə üzvlərinin ətrafında aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, onlar son bir neçə ayda paytaxtın Xətai, Binəqədi, Nəsimi, Nizami və Yasamal rayonlarında əsasən 9 mərtəbəli bina evlərindən çoxsaylı oğurluqlar ediblər. Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qabaqcadan əlbir olaraq binalara daxil olublar, daha sonra isə mənzillərin qapısını döyüblər. Ev sahibləri evdə olmadıqda Paata Mkurnalidze xüsusi alətlərin köməyi ilə qapıları açıb.

Dəstə üzvləri evlərə daxil olaraq içəridən külli miqdarda pul, qızıl zinət əşyaları və digər bahalı malları talayıblar. Evdən çıxdıqda isə Paata Mkurnalidze mümkün qədər qapıların kilidlərini bağlamağa çalışıb. Oğurluq qızıllar elə həmin gün satılması üçün Gürcüstan və Rusiyaya göndərilib. Qalanları isə Tiflisdə pula çevrilib. Paata Mkurnalidze satışdan əldə etdiyi pullardan Quram Zeynalov və Aleksandr Xusainova da pay göndərib.

İstintaqla daha sonra müəyyən edilib ki, dəstə üzvü Quram Zeynalov təkbaşına da oğurluq cinayətləri törədib. O, Paata Mkurnalidzedən öyrəndiyi üsullarla evlərin qapısını açıb və külli miqdarda pul, qızıl oğurlayıb. Əldə etdiyi qızılların bir hissəsini Bakıda, qalan hissəsini isə Rusiyada satıb. Faktlarla bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir. Saxlanılan şəxslərin ehtimal olunan digər cinayətləri araşdırılır.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar