Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda peşəkar güləşçi İTV işçisinin başını yardı


Bakıda televiziya əməkdaşını idmançı vəhşicəsinə döyüb


Dekabr ayının 27-si Şamil Əzizbəyov küçəsində, Rus kilsəsinin yaxınlığında "giriş qadağandır" işarəsinə baxmayaraq küçəyə daxil olan naməlum avtomobil İctimai Televiziyanın əməkdaşı Samir Zəkiyevi vurub

Əli ilə kapotun üstünə yumruq vuran Samir "bura birtərəfli yoldur, hara girirsən?" deyəndə avtomobildən düşən sürücü onun sifətinə yumruqla zərbə endirib. Zərbə nəticəsində başı beton plitəyə dəyən Samir Zəkiyevin burnu sınıb və qolunda çat əmələ gəlib. Bu, tibbi ekspertlərin rəyində də qeyd olunub.

Zərərçəkmişin milli.az-a verdiyi məlumata görə, işin araşdırılması ilə məşğul olan Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Famil Məsimov onu vuran adamın Sabirabad rayon sakini Kənan İmanov olmasını bildirsə də bu günə qədər həmin şəxsə qarşı cinayət işi başlamayıb. Araşdırmalar zamanı Kənan Pünhan oğlu İmanovun idmanın güləş növü ilə məşğul olması və ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlaşması müəyyənləşdirilib.

Hadisəni törətdiyi gündən Kənan İmanov beynəlxalq yarışlara hazırlaşmasını bəhanə gətirərək məsuliyyətdən boyun qaçırmağa çalışır. İdmançının atası Pünhan İmanov barışığa nail olmaq üçün İctimai Televiziyada olub və zərərçəkmişlə görüşüb.

Baş vermiş hadisə barədə ilk reportajı hazırlayan İTV-nin "Qanundan kənar" verilişinin aparıcısı Pərviz Abubəkirov İctimai Televiziyanın mövqeyini belə açıqlayıb:

"Biz istintaqın obyektiv aparılmasını və cinayəti törədən şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını istəyirik. Vətəndaşa bədən xəsarəti yetirib, sonradan üzr istəməklə məsuliyyətdən boyun qaçırmaq olmaz. Biz o idmançını bu günə qədər görməmişik. Niyə görəsə hadisəni törədən odur, üzr istəməyə gələn isə atası. Məncə, idmançı cəsarətli olmalıdır və etdiyi hərəkətə görə cavab verməyi də bacarmalıdır. Hadisədən bir ay keçməsinə baxmayaraq bu günə qədər həmin adamın əməlinə hüquqi qiymət verilməməsi bizdə müəyyən suallar yaradır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar