Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda polisin gizli videosunu yaydı və özünü “işə” saldı – Video, Foto


Bakıda yol polisi ilə zarafatlaşmaq sürücüyə baha başa gəlib. Həmin söhbətin videosunu yaymağı isə onun cəzasını daha da ağırlaşdırıb.


Bir neçə gün öncə sürücünün yol polisi ilə mübahisə etdiyini göstərən video yayılmışdı. Həmin videoda yol polisi sürücüdən sənəd tələb etdiyi bir halda, sürücü ilk olaraq polisin özünü təqdim etməsini emosional şəkildə tələb edirdi.

PİA.AZ milli.az-a istinadən bildirir ki, həmin görüntülər ölkə mətbuatında yayıldıqdan bir neçə gün sonra sürücü Kamil Əsgərov Suraxanı rayon 31-ci polis bölməsinə çağırılıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham irəli sürülüb.

İndi yol polisi ilə mübahisə edən sürücünü ən yaxşı halda pul cəriməsi, ən pis halda isə 5 günlük həbs cəzası gözləyir.

İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri nəzərdə tutur. Bu qayda pozuntularını törədən şəxs əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Suraxanı Rayon Məhkəməsinin sürücü Kamil Əsgərov barəsində nə qərar çıxaracağı bu gün saat 13:30-da məlum olacaq.








Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar