Bakıda kişini bıçaqlayan qadın saxlanılıb
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Bakı şəhər sakini Vüsal Səbzəliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Göyçay rayon sakini Lalə Musayeva tutulub.
Faktla bağlı araşdırma aparılır.
pia.az