Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qəbiristanlıqda güllələnmə


Abşeron rayonu, Saray qəsəbəsində qəbiristanlıqda baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar ortaya çıxıb


Abşeron Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, qəsəbə sakini Emil Bayramovun qol nahiyəsinə ov tüfəngindən atəş açaraq ona xəsarət yetirən Əli Əliyev polis tərəfindən saxlanılarkən bəzi qaranlıq məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, hadisədən bir neçə gün əvvəl Həsən adlı şəxsin idarə  etdiyi taksiyə minib. Yolboyu mobil telefonla danışmaq üstündə mübahisə yaranıb. Əli Əliyev mağazada Həsənlə qarşılaşıb. Elə hər şey də bundan sonra başlayıb: “Mənə heç nə demədən yumruq və sillə vurdu, döydü. Yerə yıxıb sürüdü. Qəsəbə sakinlərinin köməyi ilə evə getdim. Hadisədən sonra yenidən onunla qarşılaşdım və “duelə” çağırdım. İki güllə götürüb görüş təyin etdiyim yerə - qəbiristanlığa getdim. Maşın gələndə güllə ilə vurdum”.
 
Qeyd edək ki, Həsən görüş yerinə iş yoldaşı Emil Babayevlə birgə gedib. Emil Bayramovun idarə etdiyi “Opel” markalı avtomobil qəbiristanlığa çatanda ona atəş açılıb. Avtomobilin şüşələri sınıb, güllə isə Emilin qoluna dəyib.
 
Cinayətdə istifadə olunan “TOZ-16” markalı ov tüfəngi istintaqa təqdim edilib. 
 
Faktla bağlı cinayət işi başlanıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar