Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qeyri-adi sərgi


Aprelin 25-də Kiçik Qala Art qalereyasında qeyri-adi “Düymə” sərgisi açılacaq


Qalereyadan AZƏRTAC-a bildirilib ki, “Düymə” sərgisinin hər iştirakçısı üçün layihənin konsepsiyasına öz münasibətini bildirmək vacibdir. Düşünülmüş iş ekspozisiyası rəssamların bu mövzuya olan fikirlərini birmənalı təcəssüm etdirir.

“Düymə” sərgisi müxtəlif peşələr üzrə ixtisaslaşan gənc və istedadlı rəssamları bir araya gətirir. Keramika, heykəltəraşlıq, qobelen, rəsm və qrafik dizayn üzrə ixtisaslaşan rəssamların əl işləri geyimin bu əvəzedilməz predmetinin mistik və funksional simvolikası üzərində qurulub.

Sərginin dörd iştirakçısı yaradıcı konsepsiya əsasında birləşərək özündə təsviri incəsənət, heykəltəraşlıq nümunələri, qrafik dizayn, installasiya və video-art növlərini birləşdirən işlər yaradıblar. Hər biri öz münasibətini paylaşır, hər birinin fəlsəfəsi xarici və daxili dünya ilə ağlasığmaz paralellər təklif edir.

Azərbaycan Dövlət Rəsm Akademiyasının məzunları bir sıra xarici və yerli sərgilərin, layihələrin iştirakçısı olublar. Onların hər biri öz sahəsində yiyələndiyi təcrübə və biliklərini ümumiləşdirərək düymə mövzusunu müxtəlif rakurslardan aşkar edən işlər yaradır.

Sərgi mayın 22-dək davam edəcək.

Asimə Səmədli sərgiyə “Daxilində ruh olanlar” qobelenləri və “Divanə” video-artı ilə qatılıb. Qobelen ixtisası üzrə bakalavr dərəcəsi olan Asimə, “Potensial 1,2” sərgisini, Azərbaycan regionları üzrə festival, beynəlxalq türk xalqları sərgisi, müasir qobelen master-klassı, ilk şəxsi “Choice” sərgisinin iştirakçısı olub. O, Moskvada keçirilən beynəlxalq sərginin laureatıdır.

İmran Mehdiyev sərgi üçün “Düymənin gücü” heykəl kompozisiyasını hazırlayıb. Heykəltəraşlıq üzrə magistr olan İmran bu sənəti üzrə Moskvada keçirilən simpoziumun (Moskva, Burqanov mərkəzi), “Sərhədsiz incəsənət” (Azərbaycan-Türkiyə) və “Jeunes Peintres d`Azerbaïdjan en Belgique” (Belçika) sərgilərinin iştirakçısı olub.

Vüsalə Ağarazıyeva “Düymə” sərgisi çərçivəsində keramik düymə qismində olan “Məkan” və “Divanəliyin nəticələri” installasiyasını təqdim edir. “City Art Center” mərkəzinin art-direktoru olan Vüsalə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. YARAT çərçivəsində keçirilən “Artım” layihəsi, YARAT master-klassları, ilk peşəkar “Choice” və “Ənənəvi incəsənətlərin təkamülü” sərgilərinin iştirakçısıdır.

Mehriban Şəmsəddinskaya layihəyə “Dövrün şahidləri” installasiyası ilə qatılır. “Reklam” ixtisası üzrə bakalavr olan Mehriban, magistr incəsənət alimi, Azərbaycan Rəssamlar ittifaqının üzvüdür. “Сentral Saint Martins” və “Sotheby`s” rəssamlıq və müasir incəsənət teoriyası üzrə kursları bitirib. YARAT master-klassları, müxtəlif layihələrin, “From Waste to Art 2, 3” beynəlxalq sərgisinin, ilk peşəkar “Violet” sərgisinin iştirakçısıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar