Bakı şəhərinin Sabunçu rayonunda qətl törədilib
Bu gün saat 03 radələrində Zabrat qəsəbəsinin X.Vəliyev küçəsində 1985-ci il təvəllüdlü Musayev Vüsal Niyazi oğlu həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Zakirə Zakir qızını bıçaqlayaraq qətlə yetirib. 30 yaşlı V.Musayev 29 yaşlı xanımının sinə nayihəsinə 2 ağır xəsarət yetirib. Qadın hadisə yerindəcə keçinib.
Bildirilir ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.(lent.az)
pia.az