Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda saxta pulla alış-veriş edən şəxs tutuldu


Bir neçə gün əvvəl gecə saatlarında Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əskinas verərək alış-veriş edib


Ancaq sonradan polis onu zərərsizləşdirə bilib. 

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini 20 yaşlı Cəfərli Coşqun Ələkbər oğlu olması müəyyən olunaraq tutulub. Öz ifadəsində Coşğun Cəfərli həmin saxta əskinasları Bakının Nizami rayonu, 8-ci km qəsəbəsində tapdığını deyib.

Əskinasların saxta olduğunu dəqiqləşdirən Coşğun onlardan yaxasını qurtarmaq əvəzinə, pula çevirmək qərarına gəlib. Beləcə yaşadığı ünvana gedənə qədər bir neçə dəfə ayrı-ayrı mağazalara girən 20 yaşlı gənc həmin dəyərsiz kağız parçalarını dəyərləndirib.

Satıcının ayıq-sayıqlığı Coşğunun saxta əskinaslara olan coşğun həvəsinə də son qoyub. Bundan sonra əraziyə polis əməkdaşları çağırılıb və o saxlanılıb. Bu cinayət əməli hazırda Binəqədi RPİ-nin istintaqçıları tərəfindən araşdırılır.(ans press)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar