Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sərnişin avtobusunda namus davası və ürəyi zəif kişi...


Biləcəri qəsəbəsi istiqamətinə hərəkət edən 202 saylı sərnişin avtobusunda qalmaqal qopub


Ötən gün saat 22 radələrində Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusunda qalmaqal qopub. ANS PRESS-in məlumatına görə, qalmaqal “Nəriman Nərimanov” metrosundan Biləcəri qəsəbəsi istiqamətinə hərəkət edən 202 saylı sərnişin avtobusunda baş verib.
 
Belə ki, avtobus Rəsulzadə qəsəbəsindən Biləcəri istiqamətinə hərəkətdə olarkən, avtobusda ayaq üstə dayanan, yaşı təxminən 35 olan qadın qəfil çönərək yaxınlığında dayanmış, yaşı 60-65 olan ağsaçlı kişini qəfil itələdi.
 
Qadının qəfil hərəkəti avtobusda olan hər kəsi çaşdırdı. Qadın sonra başladı kişinin üstünə qışqırmağa: “Utanmırsan, qızın yaşda xanımam. Mənə arxadan əllə təcavüz edirsən. Öləsən, sənin yaşda atam ölüb, sən hələ də yaşayırsan”.
 
Xanımın sözündən sonra kişinin halı pisləşdi. Yaşlı adam yalnız “Xanım, Allah şahiddir ki, sizə heç toxunmamışam da”, - deyə bilib.
 
Halı pisləşən kişiyə sərnişinlər birtəhər yardım edərək oturdublar. Onun sinəsinə və üzünə su səpiblər. Avtobusda olanlardan biri bildirdi ki, həmin kişini tanıyır. O, əslə belə hərəkət edə biləcək adam deyil. Sonradan məlum olub ki, həmin yaşlı adam ürək xəstəsiymiş.
 
Növbəti dayanacaqda kişini ittiham edən qadın düşüb getdi. Lakin yaşlı kişi hələ də özünə gələ bilməmişdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar