Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sərnişinləri ölümə itələyən avtobus


Bakıda dayanacağa girə bilməyən avtobus, sərnişinləri yolun ortasında mindirməli olur


Paytaxt sakinlərinin avtobus problemləri və şikayətləri bitmək bilmir. Bu dəfə söhbət 88 və 5 saylı xətt üzrə hərəkət edən sərnişin nəqliyyatından gedir.

Saytımıza şikayət məktubu ünvanlayan Bakı sakininin dediklərinə görə, bir neçə gün öncə "Kukla teatrı"nın yanında 5 saylı avtobusa minə bilməyib. Buna səbəb isə 88 nömrəli marşrutun dayanacağı zəbt etməsidir.

"Şikayətim 99-JX-286 nömrəli 88 saylı avtobusdandı. Sözügedən marşrut sərnişinlərin həyatını riskə atır, son iki gün bu hal ilə tez tez rastlaşıram.

Dayanacaqda azı 10 nəfər 5 saylı avtobusu gözləyirdi. Gözlədiyimiz avtobus bir neçə dəqiqə keçdikdən sonra dayanacağa yaxınlaşdı, ancaq digər avtobusun dayanacağı zəbt etdiyinə görə sərnişinlər avtobusa yolun ortasında düşüb, minməli oldu.

88 saylı marşrutdan xahiş etdim ki, bir az qabağa sürsün ki, digər avtobuslar dayanacağa girsin, ancaq o, mənim sözlərimi ciddiyə almayıb qapıları bağladı. Nəticədə eyni vəziyyət digər avtobuslarda da yaşandı, sərnişinlər yolun ortasında düşüb minməli oldular" - şikayətçi şəxs bildirib.

Məsələ ilə bağlı lazımi qurumlarla əlaqə saxladıq, ancaq zənglərimiz boşa çıxdı.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar