Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sərxoş qadınlar polislərə çətin anlar yaşatdı... - Video

Ötən gecə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əməkdaşlarının keçirdiklləri reyd zamanı sərxoş qadın sürücü saxlanılıb


APA TV-nin xəbərinə görə, Babək prospekti ilə hərəkətdə olan "Hyundai" markalı avtomobilə "Saxla!" əmri verilib.

YPX əməkdaşı Bəhram Əhmədovun sözlərinə görə, avtomobil saxlanılan zaman məlum olub ki, sürücü Selcan Cavanşirova və maşındakı rəfiqəsi sərxoşdurlar: "Sürücü sutkanın qaranlıq vaxtında uzaqvuran işıqlardan istifadə qaydasını pozduğu üçün işarə verdik. Sürücü işarəyə məhəl qoymadan hərəkətini davam etdirdi və qarşı postda saxlanıldı. Sürücüyə yaxınlaşdıq, özümüzü təqdim etdik. Məlum oldu ki, sürücü avtomobili sərxoş halda idarə edir".

Qadın sərnişin polis əməkdaşlarına çətin anlar yaşadıb. Sürücü isə avtomobildən düşmək istəmədiyi və sərnişin müqavimət göstərdiyi üçün əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Polisin qanuni əmrinə tabe olmayan sürücü və onların işinə maneçilik törədən sərnişin polis bölməsinə, avtomobil isə cərimə meydançasına aparılıb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar