Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda tələbəni döyüb, öldürən şəxslərə hökm oxunub


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəşad Həsənovun və Ağstafa rayon sakini Aftandil Məmmədovun CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb


PİA.AZ oxu.az-a istinadən bildirir ki, ötən il iyulun 3-ü səhər saat 8 radələrində Nəsimi RPİ Post-Patrul Xidmətinin əməkdaşları F.Əmirov küçəsindən, ağır vəziyyətdə olan yaralı oğlanı Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılmasını təmin edib, bu barədə Növbətçi hissəyə məlumat veriblər.

İlkin ehtimallara görə, həmin şəxsi avtomobil vurub. Həkimlərin səyinə baxmayaraq, zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı, onun Qusar rayon sakini Samir Mehdiyev olması müəyyən edilib.  

Faktla bağlı CM-nin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Amma araşdırma zamanı DİN Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin  baş vermədiyi müəyyən edilib.

Nəsimi RPİ 22-ci polis bölməsinin əməliyyat qrupu hadisə yerində keçirdiyi tədbirlərlə orada 3 nəfər arasında dava-dalaş olması, onlardan ikisinin digər bir nəfəri döyməsi barədə məlumat əldə edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Həsənov və Aftandil Məmmədov saxlanılaraq, bölməyə gətiriliblər.

Ətraflarında aparılmış tədbirlərlə şübhəli şəxslərin tikinti şirkətlərindən birinin ərazisindən oğurluq etməyə cəhd göstərdikləri zaman aralarında yaranmış münaqişə zəminində orada gözətçi işləyən Samir Mehdiyevi döymələri və ağır yaralı vəziyyətdə hadisə yerində qoyub qaçmaları müəyyən olunub.

Buna görə CM-nin əvvəlki maddələri 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və iş istintaqın davam etdirilməsi üçün Nəsimi rayon prokurorluğuna göndərilib. Məlum olub ki, mərhum Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi idi.

Məhkəmənin hökmü ilə A.Məmmədov 18 il 6 ay və R.Həsənov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar