Bakı şəhərində tikinti materialları mağazasında yanğın baş verib
Paytaxtın Qaradağ rayonunda ticarət mərkəzinin 2-ci korpusun 13-cü sırasında fəaliyyət göstərməyən, ümumi sahəsi 40 m² olan mağazanın içərisində yığılmış taxta materialları 30 m² sahədə yanıb.
Mağaza və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az