Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeni doğulan körpə öldü



Bakıda dünyaya gələn əkiz körpələrdən biri xəstəxanada ölüb


Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə Qaradağ rayonunda yerləşən 4 saylı Doğum evində qeydə alınıb.

Bakı şəhər sakini qeysəriyyə əməliyyatı zamanı dünyaya gətirdiyi əkiz körpələrdən biri aprelin 26-da doğum evində ölüb.

Doğum evinin baş həkimin əvəzedicisi Şəfa Yusifova isə APA-ya bildirib ki, 1986-cı il təvəllüdlü Əhmədova Maisə Qafur qızı aprelin 25-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun sözlərinə görə, həmin gün ana qeysəriyyə əməliyyatı olunub, 1,7 və 1,8 kq çəkidə əkiz qız övladı dünyaya gəlib: “Xəstəxanaya gətirilən anada bundan öncə 4 hamiləlik, 2 doğuş, 2 abort olub. O, hamiləliyinin 33-cü həftəsində həkimə gətirilib. 

Qadının uşaqlığı üzərində 2 yararsız çapıq, döl qişasının vaxtından əvvəl axması, böyrəklərində problemlər qeydə alınıb. Aprelin 25-də Maisə Əhmədovanın 2 əkiz övladı dünyaya gəlib və əkizlərdən birinin vəziyyəti normal olub. Digəri, 1,7 kq çəkidə olan körpə isə 1 sutka yaşamayıb. Ölən körpənin doğuşdan sonra ağciyəri açılmayıb. 

Vaxtından əvvəl doğulan körpələrdən birinin ölümünə də səbəb ağciyərinin açılmaması olub. Digər körpə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb. Ananın vəziyyəti yaxşıdır və bu gün evə buraxılıb. Ananın bundan öncə 2 uşağı - 1 qızı və 1 oğlu olub”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar