Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb


"Bu ilin əvvəlindən indiyədək yol qəzalarında ölənlərin 50 faizi piyada vurması nəticəsində dünyasını dəyişənlərdir"


Bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov əlavə edib ki, bu müddət ərzində piyada vurması ilə nəticələnən 21 yol nəqliyyat hadisəsi baş verib və bu hadisələr zamanı 5 nəfər ölüb 16 nəfər xəsarət alıb: "Bu da ciddi narahatçılıq doğurur. Buna görə də Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb. Piyada keçidləri ətrafında gücləndirilmiş xidmət təşkil olunub".

Bölmə rəisi əlavə edib ki, ilin əvvəlindən indiyədək 11 min piyada saxlanılaraq məsuliyyətə cəlb edilib: "Piyadaların həyat və sağlamlıqlarının qorunması vacib şərtdir. Bu istiqamətdə təsirli tədbirlər davam etdiriləcək. Bir daha piyadalara xəbərdarlıq edirik ki, diqqətli olun, yolu keçərkən tələsməyin, işıqforun tələblərinə uyğun hərəkət edin, xüsusi ilə günün qaranlıq vaxlarında geyimlərin üzərində işıqqaytarıcıların olmasına üstünlük verin".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar