Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı VİP hoteldə dəhşətli qətl - bank müdiri öldürüldü


“Zaminbank”ın Nəsimi rayon filialının müdiri Azər Məmmədovu bıçaqlayan qaçıb; yaralanan Ruslan Əfəndiyevlə bağlı xüsusi açıqlama yayıldı...


Aprel 21-i axşam saat 21.00 radələrində Nəsimi rayonunda yerləşən “Avropa” hotelində  qətl törədilib. 

Məlumata görə, “Zaminbank”ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədov hotelin idman zalında  bıçaqlanaraq öldürülüb. Bildirilir ki, bir nəfərlə hotelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. 

Araya girən Azər Məmmədov ürək nahiyəsindən bıçaqlanıb və elə hadisə yerindəcə keçinib. Ruslan Əfəndiyev isə döş qəfəsinin ön səthinin sol tərəfindən iki bıçaq xəsarəti alıb. O da ağır vəziyyətdə  xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib. Polis hadisəni törədən şəxsin  tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb. 
Öldürülən Azər Məmmədova gəlincə, 1985-ci il təvəllüdlü mərhum  Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 

1971-ci il təvəllüdlü R.Əfəndiyevlə bağlı isə  Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov açıqlama verib. A. Əsgərov apasport.az saytına açıqlamasında adı Azərbaycan millisinin baş məşqçisi kimi hallanan mütəxəssisin federasiya ilə rəsmi bağlılığının olmadığını bildirib.

Onun sözlərinə görə, R.Əfəndiyev 2014-cü ilin yanvar-fevral aylarında Pankration, Qrapplinq və MMA Federasiyasında baş məşqçi kimi çalışıb. Lakin sonradan onunla müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

A. Əsgərov bildirib ki, hazırda federasiyada 3 baş məşqçi var və Gənclər və İdman Nazirliyi də bu çalışdırıcıları təsdiqləyib: “Federasiyamızda üç - yeniyetmələr, gənclər və böyüklər üzrə milli komandalar var. Bunlara isə ayrı-ayrılıqda Dülgər Əsgərov, Faiq Rzayev və Vilayət Quliyev rəhbərlik edirlər. Əfəndiyevi bir məşqçi, bir yoldaş kimi tanıyıram. Lakin onun bizə hansısa rəsmi sənədlə belə bağlılığı yoxdur. Sadəcə, dekabrdan ona və yetirmələrinə bayrağımız altında keçirilən yarışlara qatılmaq üçün icazə vermişik”.

Federasiya prezidenti R. Əfəndiyev kimi yüzlərlə mütəxəssisin fərdi qaydada hazırlıq qrupu toplamasının adi hal olduğunu qeyd edib: “Onu müəllim kimi də tanıyırıq. Lakin yüzlərlə məşqçi fərdi məşqlər keçir. Komandamızın baş məşqçisi olsaydı, ”Avropa" hotelində niyə məşq keçirdi?"

1997-ci ildən fəaliyyət göstərən ilk 5 ulduzlu “Grand Hotel Europe” - Bakı şəhərinin ilk vip hotellərindən hesab olunur. Hoteldə  müasir və böyük “Olympus” spa salon və fitnes mərkəzi var. (musavat,com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar