Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Ollanda müraciət



QHT Şurası nəzdində Media İşçi Qrupu Fransa prezidenti Fransua Ollanda müraciət edib


Mürciətdə bildirilir ki, Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın rəhbəri Serj Sarkisyan Fransada görüşəcəklər. 

Fransanın təşəbbüsü ilə baş tutacaq görüşdə Qarabağ danışıqları olacaq. Görüş ərəfəsində Ermənistan işğal etdiyi Azərbaycan ərazisi olan Kəlbəcərdə girov götürdüyü iki azərbaycanlını mühakimə edəcək. Kəlbəcərə öz ata-baba qəbirlərini ziyarətə gedən Dilqəm Əsgərov və Dilqəm Quliyev Ermənistan tərəfindən girov götürülüblər. Heç bir hüquqi normaya uyğun gəlməyən bu addımla Ermənistan danışıqlarda müəyyən dividend əldə etmək istəyir. Bu gün QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu məsələ ilə bağlı toplantı keçirib və Fransa prezidenti Fransua Ollanda müraciət ünvanlayıblar. Azərbaycanlı jurnalistlərin Fransa prezidentinə müraciətini olduğu kimi təqdim edirik.

“Hörmətli cənab Prezident! Sizin Fransa prezidenti kimi öz ölkənizdə və Avropa Birliyində, həmçinin dünya miqyasında göstərdiyiniz fəaliyyət çox əhəmiyyətlidir. Xüsusilə, humanizm, insan hüquqlarının müdafiəsi kontekstindəki işləriniz bu gün bizdə, Sizə bu müraciəti etmək zərurətini yaradıb. Nəzərinizə çatdırırıq ki, 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər etmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz olaraq Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülmüş və insan hüquqlarına sığmayan zorakılığa məruz qalmışlar. Öz evlərinə, kəndlərinə gedən insanlar haqqında cinayət işi açılmış və onlar hələ də girovluqda saxlanılmaqdadır. 

Hörmətli cənab Prezident, Sizin təşəbbüsünüzlə oktyabrın 27-də keçiriləcək AzərbaycanErmənistan prezidentlərinin görüşündə uğurlu nəticələrin əldə ediləcəyinə ümidvarıq. Eyni zamanda, bu görüş ərəfəsində haqqında bəhs etdiyimiz girovların taleyi ilə maraqlanmağınızı, onların azadlığa buraxılaraq ailələrinə qovuşması üçün həm Fransa prezidenti, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi Ermənistan rəhbərliyinin mövqeyinə təsir göstərməyinizi Sizdən xahiş edirik”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar