Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan düşmənə barıt qoxulu ismarış


Azərbaycanın müdafiə nazirinin Rusiya nəşrinə müsahibəsindəki ilginc mesajlardan işğalçı nəticə çıxarmalıdır; sülhü uzaqlaşdıran Ermənistan növbəti müharibədən, sadəcə, çıxmaya bilər...


Azərbaycanın müdafiə naziri Zakir Həsənovun “RİA-Novosti”yə müsahibəsi erməni tərəfində yəqin ki, “soyuq duş” effekti yaradacaq. 

Çünki müsahibədə bir neçə incə çatdırış var ki, onları hətta işğalçı Ermənistanın əsas müttəfiqi Rusiya da nəzərə almaq zorundadır.

Birinci məqam əlbəttə ki, “İsgəndər” zenit-raket kompleksləri ilə bağlıdır - hansılarla ki, Ermənistan xeyli vaxtdır öyünür və bu sistemləri az qala, özü üçün bütün dərdlərin dərmanı, Azərbaycana qarşı əsas çəkindirici silah hesab edir. Lakin Azərbaycanın müdafiə naziri açıq şəkildə bildirib ki, bizim nəinki bu sistemləri, bütövlükdə Ermənistanın Dağlıq Qarabağda və öz ərazisində dislokasiya olunmuş bütün hərbi obyektlərini və infrastrukturunu hədəf alıb vurmaq imkanlarımız var - həm də 50 dəfə artıqlaması ilə.

Zakir Həsənov bildirib ki, həmin obyektləri vurmaq üçün istifadə olunacaq raketlər təkcə Rusiya istehsalı deyil və keyfiyyətcə onlardan əsla geri qalmır. Bu da növbəti mühüm məqamdır. Yəni nazir işarə edib ki, Azərbaycan silah məsələsində Ermənistan kimi heç də Rusiyadan asılı deyil, başqa ölkələr hesabına (Türkiyə, İsrail, Pakistan) da güclü silahlanıb və üstəlik, özünün cəbbəxanası var, silah istehsal edir. Bu isə müharibə variantında önəmli strateji üstünlüklərdən biridir.

Daha bir mühüm detal: nazirin sözlərinə görə, hərbi təlimlərdə artıq bu kimi silahlar uğurla sınaqdan çıxarılıb. Ümumiyyətlə, hərb nazirimizin o sözü də diqqət çəkir ki, Ermənistan nə iqtisadi, nə demoqrafik, nə də hərbi baxımından Azərbaycanla müharibə aparmaq potensialında deyil - hansı ki, ötən ilin 4 günlük aprel savaşında özünü göstərib.

“Düşmənin müdafiə xəttini 40 dəqiqəyə keçdik” deyən nazir onu da qeyd edib ki, kənar müdaxilə olmasa, Ermənistan Azərbaycanla savaşda heç 3 gün də duruş gətirə bilməz. Yeri gəlmişkən, nazirin sözlərindən bir daha məlum olub ki, ötən ilki aprel savaşı məhz erməni tərəfinin xahişi ilə, Moskvanın birbaşa müdaxiləsi ilə dayandırılıb.

***

Bütün bunları xatırlatmaqla Azərbaycanın müdafiə naziri əslində ilk növbədə erməni xalqına mesaj göndərib ki, kriminal bir rəhbərliyin Qarabağ avantürasına görə öz övladlarını kütləvi qırğına verməsin və Sərkisyan rejimini sülh danışıqlarına məcbur eləsin. Əks halda, nəticə ilk növbədə erməni xalqı üçün, Ermənistan üçün fəlakətli olacaq. Ermənistan növbəti müharibədən, sadəcə, çıxmaya bilər.

Bakının düşmənə və vasitəçi dövlətlərə əsas çatdırışı da bundan ibarətdir ki, regionda sülh və ya böyük müharibə seçimi müstəsna olaraq Ermənistandan asılıdır, Azərbaycandan da yox. Azərbaycandan hansısa güzəşt gözləməyə dəyməz. Azərbaycanın ən böyük güzəşti işğal rejiminə bu günədək dözüm göstərməsidir.

Lakin bu, əbədi sürə bilməz. Müsahibəsində “status kvo, işğal rejimi sonsuzadək sürə bilməz” deyən Zakir Həsənov da ən əvvəl buna diqqət yönəldib. O üzdən Azərbaycanın müdafiə nazirinin Rusiya nəşrinə müsahibəsi ilk növbədə işğalçı üçün ayıldıcı effekt verməlidir.

Təəssüf ki, İrəvan hələ də 1-ci Qarabağ savaşındakı “hərbi qələbə”nin eyforiyası ilə yaşayır. Bu harasıdır, erməni tərəfi onsuz da dalanda olan kövrək sülh prosesini daha güclü şəkildə topa tutmağa hazırlaşır. Söhbət işğal altındakı Dağlıq Qarabağda iyulun 19-na təyin edilmiş növbəti qondarma “prezident seçkiləri”ndən gedir.

Aydındır ki, heç bir ölkə tərəfindən tanınmayan və tanınmayacaq bu kimi təxribatçı addımlar, qeyri-legitim seçkilər sülhü deyil, yalnız böyük müharibəni yaxınlaşdıracaq. O üzdən ATƏT-in Minsk Qrupu həmsədrləri də indiki olduqca həssas, XİN başçıları səviyyəsində də danışıqların nəticə vermədiyi bir dönəmdə erməni tərəfinin belə təxribatlarına ikiqat diqqət yönəltməli, gərəkən addımları atmalıdır. Əks təqdirdə, müharibə gec-tez qaçılmaz olacaq.

***

Ermənistan isə Rusiyadan nə qədər narazı olsa da, müharibə halında ümidini yenə Moskvaya, hətta KTMT-yə bağladığını gizlətmir. Hərçənd həm Rusiya, həm də KTMT üzvü olan digər dövlətlərin rəsmiləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ bu hərbi qurumun məsuliyyət zonasına daxil deyil. Bunu son olaraq, bir daha Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev söyləyib.

Dağlıq Qarabağ ətrafındakı konflikt Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı deyil”. Səfir bu sözləri “Sputnik Ermənistan”a müsahibəsində deyib. Diplomat Qarabağ konfliktinin danışıqlar yolu ilə həll edilməli olduğunu da bildirib. “Qazaxıstan bu konfliktin təşkilatla əlaqələndirilməməsinin tərəfdarıdır. Ona görə ki, bu, regional konfliktdir və beynəlxalq hüququn tələblərinə uyğun həll edilməlidir”, - deyə o qeyd edib.

***

Əslində İrəvan özü də Dağlıq Qarabağ ətrafında situasiyanın yaxşı fərqindədir və bilir ki, Rusiyadan başqa heç bir KTMT ölkəsini Ermənistan maraqlandırmır. Odur ki, İrəvan bütün ümidini Moskvaya, ələlxüsus da Rusiya ilə ortaq hərbi birləşmələrə bağlayıb.

Yeri gəlmişkən, dünən Rusiya Dövlət Duması Ermənistanla birgə qoşunların yaradılmasını müzakirə etməli idi. Söhbət Ermənistanla ötən ilin noyabrın 16-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişin ratifikasiyasından gedir.

Saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatı, formalaşdırılması və istifadəsini müəyyən edir. Qeyd olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir. Birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri RusiyaErmənistana qarşı hücum hazırlanmasının müəyyənləşdirilmək və dəf etmək, hər iki ölkənin dövlət sərhədinin quru hissəsini qorumaq, hərbi-kosmik məkanda RusiyaErmənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək, iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir.

Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını da nəzərdə tutur. Qoşun qruplaşmasından istifadə qərarı RusiyaErmənistanın ali baş komandanları tərəfindən qəbul olunur. Beşillik hərbi saziş avtomatik olaraq növbəti 5 il müddətə uzadıla bilər. “Sazişin reallaşdırılması Rusiyanın maraqlarına tam cavab verir, iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaradacaq və federal büdcədən əlavə maliyyə vəsaitlərinin ayrılmasını tələb etməyəcək”, - deyə müşayiətedici sənədlərdə bildirilir.

Lakin bu sənəddən də göründüyü kimi, birləşmiş ordu birləşməsinin hədəfləri arasında Dağlıq Qarabağ məsələsi yoxdur. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar