Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının Dərbənddəki əsas adamı vurulur


“Hazırda Azərbaycanın Cənubi Dağıstanda varlığının əsas səbəbi Dərbəndin yubileyi ilə əlaqədar olaraq bura maliyyənin cəlb edilməsidir”

 
Axar.az xəbər verir ki, rusiyalı ekspert Konstantin Kazenin bu gün “Reqnum” agentliyindəki şərhində bildirib. O, Dərbənddə etnik qarşıdurmanın qarsısını almağın vacib olduğunu deyib:
 
“Dərbəndin azərbaycanlı rəhbərinin vəzifədən uzaqlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Bəs görəsən, Qurban Qurbanovun vəzifədən uzaqlaşması Dağıstan üçün nə vəd edir? Əvvəla, bütöv cənubi Dağıstanda Azərbaycan tərəfinin iştirak etdiyi layihələr ətrafında diddişmələr şiddətlənəcək. Hazırda Azərbaycan investisiyasının cənubi Dağıstana yönəlməsinin əsas səbəbi Dərbəndin yubileyi ilə bağlı maliyyə çağırışlarıdır. Qurbanovlar isə Bakının buradakı əsas nümayəndəsi kimi tanınır. Dərbənd şəhəri Dərbənd rayonunun tərkibinə daxil deyil. Amma Qurbanovlar ailəsinin dostluq biznesi sayəsində burada da təsiri çox böyükdür. Bu təsiri saxlamaqla və Bakı ilə olan kontaktları sayəsində Qurbanovlar yəqin ki, azərbaycanlıların Dərbənddə həyata keçirəcəkləri proyektlərin kuratorları rolunu üzərilərinə götürmüş olacaqlar. Həmçinin Qurbanov vəzifədən getdikdən sonra rayonda etnik problemlərin yaranmasının da qarşısını almaq lazımdır. Qurbanovların Bakıdakı dostları sayəsində Dağıstan ləzgilərinin Azərbaycana qarşı münasibəti pisləşib. Bu ləzgilər isə daha çox Azərbaycanın şimal rayonları ilə bağlı iddia irəli sürən şəxslərdir. Əgər ləzgilərdən kimsə Dərbənddə vəzifəyə gətirilməsə, bu, Dağıstan üçün yeni başağrısına çevriləcək. Azərbaycanlılarla ləzgilər arasında bölgülərin aparılması yalnız bölgənin xeyrinə ola bilər”. 
 
Qeyd edək ki, Dağıstan Prezidenti Ramazan Abdullatipov bu həftə Dərbənd rayonunun rəhbəri Qurban Qurbanovun vəzifəsindən çıxarılacağını bildirmişdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar