Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının Qarabağ təklifi arxasındakı 3 hədəf - biri savaş xəbərdarlığı

Prezidentin “muxtar respublika” təklifi həm də uğurlu taktiki və təbliğati gedişdir; düşmən və vasitəçilər seçimlə üz-üzə; bu məsələdə son sözü Azərbaycan xalqı deyəcək - istər səsvermə məntəqəsi olsun, istərsə də hərb meydanı!..


Azərbaycan prezidenti İlham Əliyev Rusiya KİV-ə son müsahibəsində Qarabağ məsələsində Azərbaycanın gedə biləcəyi ən böyük güzəşti söylədi - muxtar respublika. Bu, əlbəttə ki, Azərbaycan dövləti üçün qırmızı xətdir. Çünki ondan o yana ərazi bütövlüyümüzün itirilməsi gəlir ki, buna da Azərbaycanın heç bir siyasətçisi getməz - istər iqtidarda olsun, istərsə də müxalifətdə.

Prezident də bu mövqeyi bəyan eləməklə əslində Azərbaycan tərəfinə Dağlıq Qarabağla bağlı təzyiqlərə açıq reaksiya verib. Yəni muxtar respublika təklifi təkcə erməni tərəfinə yox, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, Minsk Qrupunun digər üzvlərinə, o cümlədən qardaş Türkiyəyə aydın bir ismarışdır ki, Azərbaycandan hansı güzəşti gözləmək olar, hansını yox. Bu, birinci hədəf.

Ölkə başçısının son açıqlama-təklifi, Dağlıq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi və rifahına Azərbaycan dövləti adından verilən zəmanət əslində təbliğati və taktiki baxımdan da uğurlu gedişidir, faktiki, vasitəçiləri, erməni tərəfini qəfil yaxalayan bir bəyanatdır. O mənada ki, artıq bütün dünya gördü və əmin oldu ki, rəsmi Bakı yalnız “müharibə” deyib durmur, eyni zamanda konfliktin dinc və ən optimal, beynəlxalq hüquqa söykənən həll variantını təklif edir. Bu da ikinci hədəf sayıla bilər. 



Məsələ də ondadır ki, Azərbaycanın optimal, hamı üçün ən rasional yanaşması fonunda işğalçı ölkənin beynəlxalq hüquqa, BMT nizamnaməsi və qətnamələrinə zidd mövqeyi daha çılpaqlığı ilə görünür. Azərbaycanın səsləndirdiyi mövqeyin əhəmiyyəti həmçinin bundadır. 
Belə bir mövqeyə kimin etirazı ola bilər ki? Rusiyamı - hansı ki, öz ərazisində onlarla muxtar respublika var. ABŞ-mı - hansı ki, Dağlıq Qarabağdakı “erməni dövləti”ni tanımadığını dəfələrlə bəyan edib. Avropa Birliyimi - hansı ki, öz əsas orqanı olan Avropa Parlamenti səviyyəsində Ermənistanı işğalçı ölkə kimi tanıyan qətnamə qəbul edib.

***
Narazılar bəllidir - Ermənistan və dünya erməni lobbisi, bir də həmin lobbinin puluna ələ alınan məkrli dairələr, havadarlar. Onlardan biri də vaxtilə Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmasına rəğmən, sonralar ermənipərəstə çevrilən, britaniyalı siyasi ekspert Tomas de Vaaldır - Vaşinqtondakı Kornegi Fondunun aparıcı əməkdaşı, “Qara və bağ” kitabının müəllifi. 

 

Deyəsən, erməni təsiri altına düşən de Vaal indi də yalana əl atıb. Üstəlik, ermənilərin adından danışmağa cəhd edib - işğalçının vəkili kimi danışıb. Belə ki, prezident İlham Əliyevin Dağlıq Qarabağın yekun statusu ilə bağlı təklifini şərh edən analitik vesti.az-a bildirib ki, ermənilər həmin təklifi rədd edəcəklər, çünki onun fikrincə, muxtar respublika təklifi hələ 1988-ci ildə səslənib. 

Sitat: “DQMV-nin statusunu respublika səviyyəsinə qaldırmaq ideyası hələ 1888-ci ildə müzakirə edilib, ancaq qəbul olunmayıb. Təsəvvürə gətirmək çətindir ki, həmin ideya indi daha məqbuldur. Daha cəlbedicisi prezidentin yumsaq tonudur, nəinki təklifin mahiyyəti. Əliyevin Qarabağ ermənilərinin hüquqlarını etiraf eləməsi yaxşıdır”.

Göründüyü kimi, “Qarabağ ermənilərinin hüququnu” önə çəkən Tomas de Vaal dolayısyla Azərbaycana Dağlıq Qarabağdan imtina təklif edir, muxtar respublika təklifini özünün və ermənilərin adından (!!) real saymır. Demək, müharibəni təbliğ və təşviq edir. Ona görə ki, Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına razı olmayacaq. Bunu de Vaal da yaxşı bilir. Elə isə ən optimal təklifi təbliğ eləməkdənsə, bu təklifi “vurmağın”, gözdən salmağın məqsədi nədir - müharibə təbliğimi? 

 

Ən betəri odur ki, Tomas de Vaal öz ermənipərəst mövqeyini əsaslandırmaq üçün yalana əl atmaqdan da çəkinməyib. Çünki Qarabağ münaqişəsinin təzə-təzə qızışdığı 1988-ci ildə Azərbaycanda DQMV-nin ləğvi tələbləri daha aktual idi, nəinki onun statusunu muxtar respublikaya kimi qaldırmaq təklifi. Az sonra elə belə də oldu DQMV ləğv edildi (1991, 26 noyabr). 

Azərbaycanın hazırkı konstitusiyasında da DAQM adında qurum mövcud deyil. Yəni bölgəyə muxtar respublika statusu verilərsə, o zaman konstitusiya dəyişikliyi üçün ümumxalq referendumu keçirilməli, Azərbaycan xalqının razılığı alınmalıdır. Yeri gəlmişkən, hələ heç də əminliklə söyləmək olmaz ki, xalqın əksəriyyəti “muxtar respublika” ideyasına isti yanaşır. Bunu referendum müəyyən edə bilər.

Reallıq da budur ki, Qarabağ məsələsində son sözü məhz Azərbaycan xalqı deyəcək - istər səsvermə məntəqəsi olsun, istərsə də hərb meydanı! Bu mənada rəsmi Bakının son təklifinin arxasında müharibə xəbərdarlığı da var. Bu da olsun üçüncü hədəf.(musavat.com)  
     
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar