Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının bəzi ərazilərində qaz niyə kəsilib? - Səbəb

Ötən gecə Bakının bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olub


“APA-Economics”in məlumatına görə, ötən gün saat 24:00-dan etibarən paytaxtın bəzi ərazilərinə təbii qazın verilişi dayandırılıb. 

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev “APA-Economics”ə bildirib ki, dünən gecədən Ceyranbatan qazpaylayıcı stansiyasından ayrılan, diametri 315 mm-lik polietilen yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması üçün qəza halı kimi qaz təchizatı dayandırılıb.

“Hazırda “Azəriqaz”ın əməkdaşları yaranmış qaz sızmasının aradan qaldırılması ilə bağlı işlər aparırlar. Kəmərdə təmir işçiləri bitdikdən sonra qaz təchizatı bərpa ediləcək”, - deyə İ.Kərbəlayev vurğulayıb.

Bundan başqa, ötən gün Ramana qəsəbəsinin Şuşa şəhərciyində magistral qaz kəmərinin üzərində siyirtmədə baş vermiş nasazlıqla bağlı qəsəbənin qaz təchizatında fasilə yaranıb. İ. Kərbəlayev bildirib ki, artıq qəsəbəyə qaz təchizatı bərpa olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar