Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının dərdi var, Bakı susuzdur...


Yayın bu qızmar günlərində Bakı sakinləri susuz qalıb


PİA.AZ xəbər verir ki, bir neçə gündür ki, virtualaz.org saytının redaksiyasına Bakının bir çox rayonlarından sakinlər tərəfindən şikayətlər daxil olur.

Ən çox şikayət Yasamal, Səbayel, Suraxanı, Sabunçu və Binəqədi rayonlarından gəlir. Şikayətçi Bakı sakinləri deyir ki, günlərdir su üzünə həsrət qalıblar.

Suyun kəsiləcəyi ilə bağlı heç bir xəbərdarlıq almayan sakinlər “Azərsu”dan da cavab ala bilmirlər. Suyun kəsilməsinə səbəb olaraq isə nə texniki problem, nə də ki, hansısa bir bəhanə belə göstərilmir.

Yasamal rayonununda, “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən binaların sakinləri bu gün atrıq üçüncü gündür ki, susuz qalıb. Sakinlər belə problemlərlə tez-tez rastlaşdıqlarını, aidiyyəti qurumlara dəfələrlə şikayətlər etsələr də nəticə görmədiklərini deyirlər. Sakinlər qızmar yay günlərini üç gündür mağazalardan aldıqları su ilə yola verirlər.

Suraxanı rayon, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsinin sakinləri də suya həsrətdir. Lakin onların susuz qalmasının səbəbi fərqlidir.

Sakinlər deyir ki, su xətləri yenilənib, smart tipli sayğaclar quraşdırılıb. Lakin xətlərdə su yoxdur. Sakinlərin şəxsi vəsaiti hesabına çəkdiyi su xətləri də dağıdılıb. Susuz Suraxanı sakinləri həyətlərində quraşdırdıqları su çənlərinin hesabına yaşayırlar. İçməli su problemini isə mağazalardan aldıqları su ilə həll edirlər.

Maraqlıdır ki, paytaxtın müxtəlif ərazilərində su probleminin olduğunu elə “Azərsu”nun əməkdaşları özləri də etiraf edir. Ən maraqlısı isə odur ki, bunun səbəbini onlar özləri də bilmir. Bəs “Azərsu” rəhbərliyi necə, səbəbin nə olduğunu bilirmi?

Həm bu suala cavab almaq, həm də susuz Bakı sakinlərinin imdadına hay vermək üçün “Azərsu” ilə əlaqə saxlamağa çalışdıq. Lakin nə “Azərsu”nun mətbuat xidməti, nə də qaynar xətti zənglərimizə cavab vermədi. Həftəsonu olduğundan mətbuat xidmətinin zənglərə cavab verməməsini anlamaq olar, lakin qaynar xəttin də susması qurumun fəaliyyətinin nə dərəcədə “ürəkaçan” olduğunu göstərir. Bir sözlə, sakinlər susuzdur, “Azərsu” isə susur...

"Azərsu" prezidenti su korluğu çəkmir, "Slavyanka" da var, başqası da...


Bakı MDB məkanında ən gözəl və rahat şəhər adına iddialıdır. Lakin sakinləri susuzdur. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov isə Bakının və Bakı qəsəbələrinin fasiləsiz su təchizatı üçün Dövlət Proqramının uğurla həyata keçirildiyinə dair hay-küylü və təntənəli hesabatlar verməyi çox sevsə də bu yalan seli əli quruda qalan Bakı əhlinin dərdini çözə bilmir ki, bilmir...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar