Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının görünməz killeri - Araşdırma


Milli Təhlükəsizlik Nazirliyi çox unikal qatil şəbəkəsini yaxalayıb


 Bu il Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi (MTN) çox unikal bir cinayətin üstünü açıb. Yaz aylarında əyalət rayonlarının birində başı tibbdən çıxan həkimlərdən biri ucuz dərmanları yenidən başqa adla markalaşdıraraq qat-qat baha qiymətə satmaq istəyərkən tutulmuşdu. 

O vaxt xəbərə ölkə gündəmindən elə də ciddi reaksiya olmamışdı. İlk baxışdan adi bir xəbərə bənzəyirdi. Düşünmək olardı ki, başabəla bir kənd həkimi də dərman bazarında bəzi inhisarçılar tərəfindən süni şəkildə yaradılmış vəziyyətdən istifadə etmək istəyib və şişirdilmiş qiymətlərlə satılan bəzi dərmanları eyni tərkibli ucuz analoqları ilə əvəz eləməyə çalışıb. Yəni o da dərman biznesində qiymət sövdələşməsi yolu ilə qazanılan haram pullardan dadmaq istəyib. 

Amma ANS PRESS-in araşdırmasına görə, bu heç də belə deyilmiş, əyalət həkimi birbaşa xəstələrin ölümünə hökm verirmiş - ucuz ağrıkəsiciləri bahalı antibiotiklər kimi qablaşdırırmış. Məsələn, apteklərdə 5 ampulası 2 manatdan ucuz satılan “No-şpa”nın üzərindəki yazıları və qutusunu dəyişdirərək “Primavir” adı altında satırmış. Hepatit C xəstələrinin müalicəsində əsas dərmanlardan olan “Primavir”in 5 ampulası apteklərdə təxminən 44 manatdır. MTN-in keçirdiyi əməliyyat zamanı başabəla həkimin evindən elə əyalət mətbəələrindən birində çap edilmiş 5 min ədəd “Primavir”» qutusu çıxmışdı. Yəni “doktor” və ortaqları təkcə “Primavir” saxtalaşdırmasından 210 min manat qazanacaqdı. Dərmanlar paytaxt Bakının şəbəkəsinə daxil olacadı və yüzlərlə hepatit C xəstəsi vaxtından tez dünyasını dəyişəcəkdi və onlarla təcrübəli həkimin nüfuzuna xələl gələcəkdi. 

Başabəla həkimin “emalatxanasında” bir neçə adda belə vacib dərman qutuları aşkarlandığı nəzərə alınarsa, MTN-in minlərlə potensial qurbanı vaxtsız ölümdən qurtardığını görmək çətin deyil. Milli təhlükəsizlik qurumunun peşəkarlığını isbatlayan bu əməliyyat bir gerçəyi də ortaya çıxarır - Azərbaycanda dərman preparatları satışı sahəsində ciddi problemlər var və saxta malların apteklərə yerləşdirilməsi elə də çətin deyil. Azərbaycan Azad İstehlakçılar Birliyi (AAİB) də bu barədə tez-tez bəyanatlar səsləndirir və apteklərdəki dərmanların 35-40 faizinin saxta olduğunu vurğulayır. AAİB saxta dərmanların əsasən Hindistan və Çindən gətirildiyini iddia edir. 

Səhiyyə Nazirliyinin verdiyi açıqlamalarda isə Azərbaycana gətirilən saxta dərmanların istehsal edildiyi ölkələrin siyahısı daha da genişləndirilir. Nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzindən verilən açıqlamaya görə, ölkəyə yararsız dərmanlar əsasən Türkiyə, Rusiya, Polşa və Rumıniyadan gətirilir. Düzdür, nazirliyin bu bəyanatı sırf inzibati prosedurlarla bağlıdır və bu ölkələrdən gətirilən dərmanlar Azərbaycanda dövlət qeydiyyatına alınmadığına görə yararsız sayılır. 

Yəni əslində onların yararlı, ya yararsız olduğunu bilən yoxdur. Amma bununla belə, Səhiyyə Nazirliyinin bu bəyanatında müəyyən gerçəklik var. Hələ SSRİ dağılandan az sonra Azərbaycandan çox sayda işbazlar bütün postsovet məkanına dağılaraq rəsmi və ya qeyri-rəsmi şəkildə dərman preparatları gətirməyə başladılar. İlk illər bəzi MDB ölkələrinin (məsələn Ukraynanın) sırf daxili bazar üçün çox ucuz qiymətlərlə satışa çıxardığı dərmanları aptek şəbəkəsindən alan dərman istehsalçıları daha sonra zavodlara girişdilər. Əvvəl sex ustaları ilə sövdələşib tərkibində aktiv maddənin 30-40% olduğu saxta dərmanların qeyri-rəsmi idxalını təşkil elədilər. Sərhədlərdə nəzarət gücləndikdən sonra isə bu işi həmin ölkələrdə yaradılmış əldəqayırma şirkətlərin vasitəsi ilə elədilər. Yəni sənəddə hər şey düzdür, amma əslində preparatların tərkibindəki aktiv maddə normadan xeyli aşağıdır. Səhiyyə Nazirliyi Hindistandan gətirilən dərmanların yararlı olduğunu bildirsə də, mütəxəssislər tərəfindən bu ölkə ilə də bu cür münasibətlər qurmuş işbazların olduğu vurğulanır. 

Çağımızda bu bir beynəlxalq bəladır və Dünya Gömrük Təşkilatının açıqlamasına görə, saxta dərman istehsalı dünya dövriyyəsinin 40-60 faizini tutur. Beynəlxalq qiymətləndirmələr hər il dünya üzrə 700 milyon insan saxta dərman istifadə etdiyini ortaya çıxarıb. Bəzi ölkələrdə dərman bazarının 50 faizini, Afrikada isə 80 faizini saxta dərmanlar təşkil edir. Həmçinin internet məkanında satılan dərmanların 99 faizinin saxta olduğu vurğulanır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dünyada saxta dərman şəbəkəsinin geniş olduğunu bildirir. “Afrika ölkələrinin çoxunda, Asiya və Latın Amerikası ölkələrinin bəzi hissələrində, həmçinin keçid iqtisadiyatlı ölkələrdə satılan dərman preparatları böyük hissəsi saxtadır”,- deyə DST-nin açıqlamasında vurğulanır. 

Bütün bu nüansları nəzərə alan tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycana ÜST-ün reyestrinə daxil olmayan dərmanların gətirilməsini qadağan etməyi tövsiyyə edir. “Ölkəyə gətirilən dərmanların yalnız 10%-i ÜST reyestrinə daxildir. Qalan dərmanlar isə müxtəlif firmaların bir-birini təkrarlayan preparatlardır”,- deyə professor ANS PRESS-ə bildirib. 

Dərmanların onsuz da baha olduğunu vurğulayan professor ÜST reyestrinə daxil olan preparatlara keçməklə apteklərdə ciddi qiymət artımı yaşanmayacağını bildirir. “Onsuz da ölkəyə daxil olan dərmanlar bahadır. Amma Azərbaycan yalnız tanınmış firmaların ÜST reyestrinə daxil olan dərmanlarını gətirməlidir. ÜST onları sınaqdan keçirir, bütün təsirlərini öyrəndikdən sonra reyestrə salır. Bəzən elə olur ki, müəyyən dərman reyestrə salınır, amma müəyyən müddət sonra onda konsorogen və ya başqa təsirlər aşkarlanmasına görə reyestrdən çıxarılır”, - deyə Adil Qeybulla vurğulayır. 

Professor saxta dərmanlardan xilas olmağın çox vacib olduğunu söyləyir: “Tərkibləri zəif olduğuna görə xəstəni müalicə etmək olmur. Həm də bu dərmanlar yaxşı rafinasiya olmurlar ki, bu da ciddi fəsadlara yol aça bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar