PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbayel rayonunda ictimai-iaşə obyektlərindən birində partlayıcı maddənin olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və əraziyə baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.