Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının məşhur bazarının sökülməsi xəbəri təsdiqləndi


Bazarın sökülməsi artıq plana salınıb və yolun bazarın ərazisindən keçəcək hissəsinin planı da hazırdır


Nərimanov rayonundakı “Keşlə bazarı” sökülə bilər. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ilk Avropa Oyunları ilə əlaqədar həmin yolun Milli Olimpiya Stadionu ilə Atletlər kəndini birləşdirən hissəsi artıq inşa edilib: "Lakin yolun davamının çəkilməsi işləri hələ qalıb. Layihəyə görə Həsən Əliyev küçəsinin davamının keçəcəyi ərazilərdə bazardan başqa yaşayış və qeyri-yaşayış obyektləri də yerləşir. Onların da sökülməsi istisna edilmir. Lakin layihənin icrası hələ qalıb. Yəni işlərin nə vaxt başlanacağı və nə vaxt tamamlanacağı bəlli deyil. Çünki daxili investisiya hesabına maliyyələşən layihələrə yenidən baxılması nəzərdə tutulur. Yalniz bundan sonra məsələ ilə bağlı konkret fikir söyləmək olar. Ola bilər ki, heç bir söküntü işi aparılmasın”.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, “Keşlə bazarı”nın sökülməsi artıq plana salınıb və yolun bazarın ərazisindən keçəcək hissəsinin planı da hazırdır. Obyektin söküləcəyi ilə bağlı bazarda çalışanlar da məlumatlandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar