Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının polis rəislərinin nigaran günləri...



Cinayət axtarışı şöbələrinin əməkdaşlarına polis forması geyinmək göstərişi verilib


General-mayor Mirqafar Seyidovun Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi təyin edilməsindən sonra paytaxt polisində ciddi gəlişmələr baş verir. 

Bir müddət öncə, təyinatından az sonra Mirqafar Seyidovun mülki geyimdə Nərimanov və Sabayel rayonlarındakı bəzi polis bölmələrinə qəfil baxış keçirdiyi barədə məlumat verilmişdi. Təsadüfi deyil ki, məhz həmin yoxlamanın ardından Bakı Şəhəri Baş Polis İdarəsinin 9 vəzifəli şəxsi işqən çıxarıldı.

Hüquq-mühafizə orqanlarından modern.az saytına verilən məlumata görə, həmin olayın ardından mülki geyimdə qəfil yoxlamaları davam etdirən general Seyidov digər yerlərdə də nöqsanlarla qarşılaşıb.

Belə ki, general mülki formada daha bir neçə polis bölməsinə gedərək, rəislə görüşmək istədiyini deyib. Özünü təqdim etməyən M.Seyidovu bu dəfə də tanımayan növbətçi polislər rəislə görüşün mümkün olmadığını deyiblər.

Bu hal 4-5 bölmədə təkrarlanıb.

Səhəri gün problemi olan polis bölmələrinin rəhbərləri Bakı Şəhəri Baş Polis İdarəsinə çağırılıblar.

Saytın məlumatına görə, bölmə rəisləri problemin əvəzini 1 gün təpik döyməklə ödəyiblər.

Bundan sonra Bakıdakı bölmə rəisləri təlaşa düşüblər. Məlumata görə, indi istənilən şikayətçi hər hansı polis bölməsinə gedib rəislə görüşmək istədiyini deyirsə, dərhal onu rəhbərliyin qəbuluna aparırlar.

Daha bir məlumat ondan ibarətdir ki, general-mayor Mirqafar Seyidov rəis təyin olunana kimi polis idarələrinin cinayət axtarışı şöbələrinin əməkdaşları işə polis formasında deyil, mülki geyimdə gəlirdilərsə, yeni rəis bunu da qadağan edib. Artıq onlar da işə polis formasında gəlirlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar