Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının rayonlarında ağac əkilməsi aksiyası başlandı


Dərnəgüldə 15 hektar ərazi yaşıllaşdırıldı


Prezident İlham Əliyevin keçirdiyi müşavirədə ağac kəsənlərlə bağlı səsləndirdiyi fikirlər Bakının bir neçə rayonunun icra başçısını hərəkətə gətirib. Xətaidə Məzahir Rüstəmov küçəsində kökündən çıxarılan ağacların yerinə yeniləri əkilib, park abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda artıq bir neçə gündür Bakının rayonlarında genişmiqyaslı ağacəkmə aksiyası keçirilir. Aprelin 19-da növbəti ağacəkmə aksiyası Nərimanov rayonunda keçirildi. Dərnəgül qəsəbəsində, keçmiş erməni qəbiristanlığı adlanan ərazidə keçirilən aksiyada rayon icra hakimiyyətinin əməkdaşları ilə yanaşı, tələbələr və rayon ictimaiyyəti yaxından iştirak edirdilər.

“Onlar başa düşmürlər ki, nəfəsimizi kəsirlər”

Ağacəkmə aksiyasında iştirak edən rayon sakini Abdulla Məmmədov “Yeni Müsavat”a açıqlamasında son illər Bakının ekoloji tarazlığının tamamilə pozulduğunu söylədi: “Çox təəssüf ki, Bakıda həyata keçirilən böyük meqa layihələr nəticəsində parklar dağılır, bizə nəfəs və  hava verən ağaclar kəsilir. Artıq bir neçə həftədir ki, Bakı-Sumqayıt yolunda iri şam ağaclarını qırırlar. Həmin sosial şəbəkələrdə ağacların kəsilməsi ilə bağlı çəkilən video materialla baxdım dəhşətə gəldim. O insanlar necə də həvəslə əllərindəki mişarla hündür  şam ağaclarını kəsirlər. Onlar etdikləri bu hərəkətlə hələ də başa düşmürlər ki, nəfəsimizi kəsirlər. Vallah, belə getsə bir azdan Bakıda nəfəs ala bilməyəcəyik. Elə ona görə də, keçirilən bu ağac əkmə aksiyasını dəstəkləyirəm. Səhər tezdən gəlmişəm və indiyə kimi 5 ağac əkmişəm”.

Nərimanov Rayon İcra Hakimiyyətindən “Yeni Müsavat”a bildirildi ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında ətraf mühitin qorunması və ekologiya ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağac əkmə aksiyası silsilə şəkilində davam edəcək:

“Bu həftə ərzində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyasının keçirilməsi nəzərdə tutulub. Daha sonra rayonun digər ərazilərində, yaşayış massivlərində ağaclar əkiləcək, parklarda səliqə-sahman yaradılacaq. Təkcə aprelin 19-da rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənərək, burada İtaliyadan gətirilmiş 300-dən çox Leylandra növlü ağaclar əkilib”.

Rayon icra hakimiyyətindən bildirildi ki, qeyd olunan ərazinin yaşıllaşdırılması istiqamətində mütəmadi olaraq abadlıq işləri aparılacaq və bu qəbildən olan müxtəlif növ dekorativ ağac və kollar əkilərək sözügedən yaşıllıq zolağının da həmçinin, paytaxtımızın oksigenlə zəngin guşəsinə çevrilməsi üçün ardıcıl işlər davam etdiriləcək: “Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda davam etdirilir”.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə ağacların qanunsuz kəsilməsinə münasibət bildirib. O, Nazirlər Kabinetində keçirilən müşavirədə deyib ki, ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir.

Dövlət başçısı bildirib ki, ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər.

Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar