Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının şadlıq evlərində bakteriya aşkarlandı



Azərbaycanda 20-dən çox şadlıq sarayının fəaliyyətində nöqsanlar aşkarlanıb


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir il ərzində 176 təsərrüfat subyektində nəzarət tədbirləri həyata keçirib.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, aparılan yoxlama zamanı 43 təsərrüfat subyektində standartlara uyğun olmayan məhsullar aşkar edilib.

F.Talıblı bildirib ki, ölkədə fəaliyyət göstərən 24 şadlıq sarayında da müəyyən yeməklərin istehsalı və satışına qadağa qoyulub: 

“Aparılan dövlət nəzarəti tədbirləri zamanı məlum olub ki, bu şadlıq saraylarının bir çoxunda dövlət standartlarının tələbləri pozulub. Bəzi şadlıq saraylarında hazırlanan yeməklərdə və salatlarda bağırsaq çöpləri qrupuna aid olan bakteriyalar aşkarlanıb. Bəzilərinin müvafiq normativ sənədləri qüvvədə olan sanitar-epidemioloji qaydaların tələblərinə cavab vermir. Bəzilərinin isə masa düzülüşünün və səs akustikasının standartlara uyğun olmadığı məlum olub. Bütün bu nöqsanlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb və bunların aradan qaldırılması tələb edilib. Bunlardan bir çoxu müəyyən edilmiş nöqsanları aradan qaldırıb və bu gün də fəaliyyətini davam etdirir”.

Komitə sözçüsü, həmçinin əlavə edib ki, bu müddət ərzində dönər satışı ilə məşğul olan 20 müəssisədə də yoxlama aparılıb. Onun sözlərinə görə, onlardan 17-də standartların tələblərinin pozulması üzə çıxıb və bu nöqsanlar aradan qaldırılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar