Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının xaraba qalmış qəsəbəsi


Binəqədinin Gülüstan küçəsində içməli su lilli gəlir, kanalizasiya sistemi isə işləmir


 Su həyat mənbəyidir. Amma Binəqədi rayonu, Gülüstan küçəsi, Döngə 2-də yaşayan ailələrə bu həyat mənbəyindən pay düşməyib deyəsən. Şikayətçilər deyir ki, su gündə bir dəfə verilir. 

O da ki, gecələr. Sakinlər gecəni yatmayıb suyun gəlməsini gözləməyə məcbur olurlar. Bir gecə su gəlir, sonra isə 3 gün sakinlər su üzünə həsrət qalırlar. Deyirlər ki, əvvəllər su yaxşı gəlirdi. Amma smart tipli su sayğacı qoyulandan sonra su fasilələrlə gəlir. Su veriləndə də təzyiq o qədər aşağı olur ki, evlərin çoxu bu sürprizdən sevinə bilmir. Üstəlik verilən su da ki, lilli olur.

Kanalizasiya sisteminin də bərbad vəziyyətdə olması qəsəbə sakinləri üçün bir başqa problem yaradır. Ailələrin bəziləri öz hesabna kanalizasiya xətləri çəksələr də, onlar artıq sıradan çıxıb.

Binəqədi rayonu su-kanalizasiya idarəsindən bildirdilər ki, sakinlərin su ilə tam və rahat şəkildə təmin olunmaları üçün böyük su anbarının tikilməsi planlaşdırılır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bu ilin sonu, gələn ilin əvvəlində isə anbarın tikilməsindən sonra sakinlərin heç bir problemi qalmayacaq. Kanalizasiya xətlərinin çəkilməsinə gəldikdə isə idarədən dedilər ki, artıq bu istiqamətdə də işlər gedir və sözügedən əraziyə də tezliklə gəlib çatacaqlar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar