Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya gələn turistlərin dollar dəyişmək problemi


Ölkədə valyutadəyişmə məntəqələri yoxdur, banklar istirahət günləri işləmir və...


“Formula 1" yarışları, həmçinin yay mövsümü ilə bağlı ölkəyə gələn turistlərin yaşadığı ən böyük çətinlik heç şübhəsiz ki, valyuta dəyişmə ilə bağlı olacaq. Paytaxtda valyutadəyişmə məntəqələrinin minimuma endirilməsi manata ehtiyacı olan turistlərə ciddi diskomfort yaradacaq. Heç kimə sirr deyil ki, turistlər aeroportlarda valyuta dəyişməyə üstünlük vermirlər. 

Bu, təkcə Azərbaycana gələnlər üçün keçərli deyil. Xarici ölkəyə yolu düşən istənilən turistə ”aeroportda pul dəyişmə, şəhərin içi ilə müqayisədə kurs fərqi çox böyük olur" məsləhəti verirlər. Və ya taksi puluna bəs edəcək qədər, kiçik məbləğdə pul dəyişənlər alış-veriş, gəzinti üçün daha böyük məbləğdə pulu şəhərin mərkəzində dəyişirlər. 

Bakının indiki durumunda isə valyutadəyişmə məntəqələrinin barmaqla sayılacaq qədər azalması bu məsələdə ciddi problem yaradır. Hətta paytaxt sakinləri belə bu məsələdə ciddi əziyyət çəkirlər. İllərdir valyuta dəyişdikləri məntəqələr bağlandığı üçün bəzən kiçik bir məbləğ dəyişmək üçün bütün şəhəri ələk-vələk etməli olurlar. 

Təbii ki, bu məqamda əsas yardımçı vasitə banklardır. Amma banklar da istirahət günləri işləmir. Hotellərdə, alış-veriş mərkəzlərində valyutadəyişmə məntəqələrinin minimum sayda olması birbaşa turistə, bütövlükdə isə turizmə sabotaj deyilmi? 

Təsəvvür edin ki, paytaxta gələn, məsələn, İçərişəhərdə gəzən turistlər əntiq bir əşya və ya Azərbaycanın simvolunu əks etdirən suvernir almaq istəyir. Amma xarici valyuta ilə alış-verişin qeyri-qanuni olması, pulunu dəyişəcək terminalın olmaması da problem yaradacaq. Bundan başqa, əksər xarici ölkələrdə mövcud olan turist informasiya mərkəzləri 7/24 fəaliyyət göstərirlər. Ölkəyə həftənin istənilən günü və saatında gələn turist mərkəzin nəzdindəki valyutadəyişmə məntəqəsində öz pulunu milli valyuta ilə dəyişə bilir. Bakıda təəssüf ki, belə bir imkan da yoxdur. 

Bütün bunlar isə ona gətirir ki, biz turistin “əlini cibinə salmasına” rəsmən imkan vermirik. Nəticədə isə turistlərin səyahət etdikləri ölkələr barədə öz fikirlərini bölüşdükləri saytlarda, forumlarda Azərbaycanla bağlı bu neqativ məqam öz əksini tapır - pulumuzu dəyişməyə yer tapa bilmədik, çox əziyyət çəkdik... 

Bəs bu problemin həlli nədən keçir? Xüsusən yarışlar ərəfəsində hansı  çıxış yolları tapılmalıdır ki, turistlər zərərçəkən durumuna düşməsin? 

İqtisadçı ekspert Azər Mehtiyev müsavat.com-a açıqlamasında bildirdi ki, hazırda bu problem Bakıda adət halına çevrilib. Onun sözlərinə görə, hazırda valyutadəyişmə məntəqələri ilə yanaşı, bankomatlardan da dollar çıxarmaq problemə çevrilib. Müsahibimiz bildirdi ki, turizmini inkişaf etdirmək istəyən istənilən şəhərlərdə mehmanxanalarda puldəyişmə imkanları mövcuddur:  “Xüsusən şəhərin ən çox turist cəlb edən hissələrində belə yerlər olur. Son aylar paytaxtda valyutadəyişmə məntəqələrinin kütləvi şəkildə bağlanması oldu. Təbii ki, şəhərin bütün ərazilərində bu qədər məntəqəyə ehtiyac yox idi. Amma turistlərin çox olduğu yerlərdə bu məntəqələr təmin olunmalıdır. Mehmanxalarda da xüsusən həmin problem həllini tapmalıdır”. 

Müsahibimizin sözlərinə görə, pulu olmayan turist təbii ki, problem yaşayacaq, alış-veriş edə biləyəcək, pul xərcləmə imkanları minimuma enəcək. Ekspert dedi ki, bu, turistlərin ölkəyə marağını azaldan, onu gözdən salan məqamdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar