Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya sərf edən fiasko



Böyük barışıq olmayacaq. Tehran yenə də Vaşinqtonun planlarına qarşı çıxdı


Rəsmi Tehran ABŞ prezidenti Barak Obamanın nüvə fəaliyyətini ən azı 10 il müddətində dondurulması təklifini “ifrat və məntiqsiz” adlandırdı.

Beləliklə, Tehran və Vaşinqton arasında nüvə danışıqlarındakı gərginliyi həll etmək mümkün olmadı. Çoxları ehtimal edirdilər ki, Vaşinqton-Tehran münasibətlərindəki gərginlik tezliklə aradan qalxacaq. Lakin möcüzə baş vermədi. Əslində Obama administrasiyası anlayırdı ki, Tehran məsələnin “çox qəliz” olduğunu əsas gətirərək Vaşınqtonun təklifindən imtina edəcək.

Bütün bunlara baxmayaraq, bir sıra ekspertlər iki ölkə arasındakı münasibətlərdə irəliləyişin əldə olunduğunu ehtimal edirlər. Hər iki ölkədə münasibətlərin normallaşmasına qarşı çıxanlar var. İranda ölkənin birinci şəxsi, dini lider ayətullah Xomeyni, Vaşinqtonda qırğılar Tehran-Vaşinqton münasibətlərinin nizamlanmasına qarşı çıxırlar. Vaşinqton qırğıları və yəhudi lobbisi hesab edir ki, Tehran rejimi ilə hər hansı razılaşmanın əsas şərti İranın nüvə proqramından birdəfəlik əl çəkməsi olmalıdır.

Lakin hər iki ölkədə danışıqların başlaması, münasibətlərin nizamlanmasını istəyənlər var. Odur ki, ehtimal etmək mümkündür ki, ABŞİranla danışıqları başlayacaq. Bu danışıqlar Azərbaycan və Türkiyənin mövqelərinin zəifləməsinə səbəb ola bilər. Vaşinqton-Tehran münasibətlərindəki gərginlik ABŞ üçün Azərbaycanın önəmini artırırdı. Bu baxımdan, iki ölkə münasibətlərinin yaxşılaşması Azərbaycanı oyundan kənar vəziyyətə sala bilər.

Lakin unutmaq olmaz ki, Qərbin İranla münasibətlərinin istiləşməsinin arxasında yalnız nüvə problemi dayanmır, eyni zamanda İranı Rusiyadan ayırmaq, Moskvanı bölgədəki ən mühüm tərəfdaşından məhrum etmək niyyətinə hesablanıb.

Bu gün bölgədə ABŞ, Rusiya, İran, Türkiyə arasında rəqabət gedir və bu qüvvələr bölgədə aparıcı olmaq uğrunda mübarizə aparırlar. İranın nüvə proqramı ətrafında yaranmış situasiya və Qərb tərəfindən ardıcıl olaraq Tehranı sanksiyalarla hədələməsi Bakı və Ankaraya sərf etməklə yanaşı, İrana çox böyük zərbələr vurur.

Qərb İranın daha da zəifləməsi və güzəştlərə getməsinə nail olmağa çalışır.  Digər tərəfdən isə İranın nüvə proqramını nəzarət altına almaq istəyir.

Rəsmi Tehran bəyan edir ki, onların nüvə çalışmaları sülh məqsədlidir. Ancaq bunu isbat edə bilmirlər. Tehran beynəlxalq aləmdə İranla bağlı qəbul edilən hər qərarı ABŞ-ın adına bağlayır. Əslində artıq Tehran nüvə çalışmalarını gizlədə bilmir. Tehran Qum yaxınlığında nüvə çalışmaları apardığını etiraf edib. Bu ondan irəli gəlir ki, Tehran məsələnin faş olacağını anlayırdı, çünki Qərb və İsrail kəşfiyyatının əlində tutarlı faktlar var idi.

Rəsmi Tehran az qala hamını hədələməklə məşğuldur. İsraili yer üzündən silinməsi vacibliyini dilə gətirən bir ölkənin əlinə nüvə silahı düşsə, onun bu silahdan necə istifadə edəcəyi üzərində çox düşünməyə dəyməz.

Digər tərəfdən İranın nüvə silahı olarsa, Türkiyə də nüvə silahı haqqında ciddi düşünmək məcburiyyətində qalacaq. Nüvə silahı olan İran Azərbaycana da yaxşı heç nə vəd etmir. Onsuz da İranın Azərbaycan əleyhinə hədələrini bitmək bilmir. Bu baxımdan başda ABŞ olmaqla Qərb birmənalı olaraq İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Son təşəbbüsün pozulması isə ona dəlalət edir ki, Tehran geri çəkilmək fikrində deyil... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar