Balakən rayonunda birmərtəbəli evdə yanğın olub
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə rayonun Şərif kəndində qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 3 otaqlı kürsülü evin dam örütüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az