Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bank sektoru bu il böhrandan çıxacaqmı?

Keçən ilin iqtisadi yekunlarını dəyərləndirərkən yazmışdım ki, 2017-ci ildə ölkə iqtisadiyyatında həllini tapmayan 3 əsas problemdən biri bank sektorundakı vəziyyətdir


Ölkə iqtisadiyyatında ən ağrılı vəziyyət məhz buradadır. Xarici valyuta riskləri, zəif əməliyyat mühiti ölkənin bank sektorunda əsas maneə yaradan amildir.

ÜDM istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın yüksəlməsi 2017-ci ildə banklar tərəfindən kreditləşdirməyə mane olmaqda davam edib. Kreditləşdirmə olmadan isə bankların sağlamlığından söhbət gedə bilməz. Vaxtilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca, şişir. Kredit portfelinin az qala 20%-ə yaxın hissəsi problemli sayılır. Hələ yaxşı ki, hökumətin Beynəlxalq Bankla (ABB) əlaqədar yürütdüyü siyasət, yəni, könüllü restruktizasiya planı uğurlu alındı və müvəffəqiyyətlə həyata keçirilir. Əks halda, ABB bağlansa, bütün bank sektoru çökməli idi.

Bankları bu durumdan çıxarmağın tezliklə və asanlıqla baş tutan məsələ olmadığını əvvəlki yazılarda da qeyd etmişəm. Çünki bunun üçün gərək, iqtisadi aktivlik bərpa oluna, kreditə tələbat yarana, alış-veriş sürətlənə, banklar tərəfindən kreditləşdirmə 2014-cü ilə qədər olan vəziyyət qayıda... Eyni zamanda, problemli kreditlər məsələsi də həllini tapmalıdır. Bu məsələnin həlli uzandıqca, "yara böyüyür". Ancaq, digər mühüm amil də var ki, bunu sonda qeyd edəcəyəm.

Prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov çıxışında qeyd etdi ki, xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə bizdə deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib. Bu, təbiidir. Ona görə ki, iqtisadiyyata istənilən mənfi təsirlər ilk növbədə məhz bank sektorunda özünü göstərməyə başlayır. Axı bu sektor iqtisadiyyatın “qan-damar” sisteminin özəyini təşkil edir. Belə ki, banklar tərəfdən maliyyələşdirmədə problem yoxdursa, iqtisadiyyatda hər şey öz axarı ilə gedir. Yox əgər əksinədirsə, ÜDM istehsalında geriləmə müşahidə edilməyə başlanacaq.

Odur ki, neftin qiymətinin enməsilə əlaqədar, gəlirləri bundan asılı ölkələrdə ilk və ən böyük zərbəni bankların alması başadüşüləndir. Səbəb ucuz pul axınlarının kəsilməsi idi. Ancaq ölkəmizin bank sektorunda problemlər hələ illər öncədən yaranmışdı: istehlak kreditlərinin necə gəldi paylanması, xarici maliyyə qurumlarının səxavətli olmasından böyük zövqlə və həvəslə yararlanılması və sair kimi amillər sistemi əslində, çoxdan uçuruma aparırdı. ABB timsalında bu, əyani əksini tapdı. 

Maliyyə naziri onu da qeyd edib ki, digər ölkələrdən fərqli olaraq, bizdə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilmiş Qanuna əsasən, dövlət 100% zəmanət verir. “Və nəticədə bank əmanətçilərinin əksəriyyəti zərərlərdən tam qorunub”,- deyə, S. Şərifov əlavə edib.

Məsələ isə bundadır ki, keçən ilin əvvəlindən banklarındakı əmanətlərin həcmi azalıb. Və bu, heç də yaxşı tendensiya deyil. Əgər kommersiya banklarında depozitlərin həcmi azalırsa, deməli, ya əhali əmanətlərini geri çəkir, ya da cəlbedicilik olmadığından, əmanət yerləşdirilməsi dayanıb. Hansı səbəbdən baş verdiyindən asılı olmayaraq, depozit həcminin azalması banklar üçün likvidlik probleminin əsasını qoyur.

Məlumdur ki, ölkədə kreditləşdirmə neçə müddətdir, pis vəziyyətdədir. Bank sektorunun normal fəaliyyəti, gəlirliyi mövcud sərbəst vəsaitləri nə dərəcədə cəlb edərək, dövriyyəyə buraxa bilməsi ilə ölçüldüyündən, problemin kökü də məhz buradan qaynaqlanır. Çünki hər bir bankın gəlirini bütün mənbələr üzrə qəbul etdiyi əmanətlər və digər növ vəsaitlər üzrə dövriyyəyə buraxdığı kreditlərə əsasən əldə etdiyi faiz məbləğləri təşkil edir. Bank əgər kredit verə bilmirsə, deməli, vəsaiti yoxdur, onu cəlb edə bilmir; yox, krediti verib, onu geri qaytara bilmirsə, deməli, gəliri yoxdur, ona görə də fəaliyyəti iflic vəziyyətə düşür.

Bu, 2015-ci ilin dekabrından müşahidə edilir. Ev təsərrüfatları üzrə ölkəmizin kommersiya banklarında məcmu depozitlərin həcmi maksimal səviyyədə sonuncu dəfə 2015-ci ilin dekabrında qeydə alınıb. Həmin aydan sonra hər ay azalma müşahidə olunub.

Çünki birincisi, 2015-ci ildəki 2 devalvasiya əhalinin banklara olan inamını sarsıtdı. İkincisi, ölkə vətəndaşlarının real gəlirləri azaldı. Üçüncüsü, neftin dünya bazar qiymətlərinin enməsi əmanət cəlbini də məhdudlaşdırdı. Dördüncüsü isə, problemli kreditlər və ümumən, gəlirliliyin azalması ucbatından yerləşdirilmiş əmanətlər üzrə adi faiz dərəcələrinin ödənilməsi işi də çətinləşdi.

Yeri gəlmişkən, bizdə kommersiya banklarının verdikləri kreditlər əsasən, 3 mənbə hesabına formalaşır, bunların sırasında ən çox pay təşkil edəni isə əhalidən cəlb edilən əmanətlərdir. Demək istədiyim odur ki, banklarda əhalinin əmanətlərinin azalması bank sektorunda yaranmış vəziyyətin tərkib hissəsidir və bu da eyni konteksdə nəzərdən keçirilməlidir.

Bəs, 2018-ci ildə vəziyyət düzələcəkmi?! Yəni, bank sektoru mövcud vəziyyətdən çıxa biləcəkmi? 

Bu il ərzində problemli kreditlərin azalmağa doğru gedəcəyi, likvidliyin artacağı, kapitallaşma səviyyəsinin yüksələciyi gözlənilir. Eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidliyik alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində də tədbirlər görüləcəyi deyilib.

Ümumiyyətlə, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Ancaq yuxarıda qeyd etdiyim ən mühüm amil odur ki, hər şey əhalinin banklara inamının necə və nə dərəcədə bərpa olunacağı tendensiyasından asılı olacaqdır.

Pərviz Heydərov(AzVision.az)

pia,az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar