Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bankların əmanət problemi- durum kritikdir...


Ekspertlər əmanətçiləri xəbərdar edirlər, daha bir neçə bank bağlana bilər...


Ölkədə yenidən bank bağlanması prosesinin başlanması bank sistemi ilə bağlı narahatlıqları bir qədər də artırır. 

Dörd bankın bağlanmasının son olmayacağını bildirən ekspertlər bir çox bankların durumunun kritik olduğunu vurğulayırlar. Bildirilir ki, tezliklə daha bir neçə bankın bağlanması gözlənilir. Həmçinin bağlanan banklardakı əmanətlərlə bağlı vətəndaşların ciddi problem yaşayacağı da vurğulanır.

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirb ki, əmanətçilər ciddi problem yaşayacaqlar: “Əmanətlərin Sığortalanması Fondu bağlanan banklardakı əmanətləri qaytarmaq üçün Mərkəzi Bankdan kredit götürəcək. Əmanətlər bu kredit hesabına qaytarılacaq. Mərkəzi Bankın onsuz da vəsaiti gündən-günə azalır. Amma burada başqa söhbət var. Banklarda, xüsusən də ”Parabank"da sığortalanmamış əmanətlərin məbləği çoxdur. Çünki “Parabank” çox yüksək faizlərlə əmanət cəlb edirdi. Orada əmanətlərin sığortası yoxdur, həmin pullar batdı. Həmçinin sahibkarların həmin banklarda, xüsusən “Zaminbank” və “Parabankda” pulları batdı". 

Ekspertin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bankları bağlayarkən sığortalanmamış əmanətlərin çox olduğu bankları nəzərə alıb: “Əslində may ayının əvvəlində palatanın rəhbəri Rüfət Aslanlı vətəndaşları sakitləşdirdi ki, yaxınlarda banklar bağlanmayacaq. Martın 1-də ”Əmanətlərin sığortalanması haqqında" Qanun qüvvəyə mindi. Hesab edirdik ki, qanundan sonra artıq bankları bağlamaq sərf etməyəcək. Palata isə banklardakı durumu araşdırandan sonra bu addımı atdı. Bu, o deməkdir ki, MB o bankları hələ o zaman bağlamalı idi, güzəşt etdi". Ə.Həsənov qeyd edib ki, ilin sonuna qədər azı beş-altı bankın bağlanması gözlənilir.

Ekspert Natiq Cəfərli isə əmanətçilərin atacağı addımlarla bağlı musavat.com-a deyib ki, sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu qaytarmalıdır. Sığorta düşməyən əmanətlər də var: “Uzunmüddətli, 30 min manatdan yuxarı məbləğdə də 12 faizdən yuxarı əmanətlər sığortalanmayıb. Burada problem olacaq. Ancaq məhkəmə yolu vətəndaş əmanətini bankdan və bankın qəyyumundan istəmək haqqına sahibdir. Vətəndaşlar vaxtında Əmanətlərin Sığortalanması Fonduna müraciət etməlidir, fonddan aldığı cavab əsasında öz addımlarını atmalıdır”.  

Ekspert Samir Əliyev isə qeyd edib ki, hökumətin əmanətlərə 3 il müddətində tam zəmanət verməsindən sonra bankların bağlanmasına 3 illik moratorium qoyulacağı ilə bağlı gözləntilər özünü doğrultmadı: “Bu gözləntilərə rəğmən, Palata özünün ilk və sərt qərarını verdi. Azərbaycanın bank sektorunda indiyədək bir gündə 4 bankın lisenziyasının alınması təcrübəsinə rast gəlinməyib. İlin əvvəlində Mərkəzi Bank bankları bağlamağa başlayanda ehtimal edilirdi ki, əmanətlərin tam sığortalanması haqqında qanun qüvvəyə minməsi ilə proses başa çatacaq. Həmin dövrdə hətta bəzi banklar nəticəsi qabaqcadan məlum olan birləşmə oyununu ortaya atıb vaxt qazanmağa müvəffəq oldular. Sonrakı dövrlərdə birləşmə ideyası əhəmiyyətini itirərək gündəmdən çıxdı. Son bağlanma dalğasında lisensiyası alınmış banklardan biri- ”Zaminbank"ın ilin əvvəlində bağlanması nəzərdə tutulurdu. Ancaq bağlanma prosesi müvəqqəti donduruldu və həllini tapmamış bir sıra problemlər, o cümlədən bankların devalvasiya nəticəsində yaranmış kapital itkiləri kimi problemlər yeni yaradılmış palatanın öhdəsində buraxıldı. Ona görə də Mərkəzi Bankla müqayisədə palatanın qərarlarının daha sərt olacağı gözlənilirdi".

Ekspertin sözlərinə görə, artıq ölkədə fəaliyyətdə olan bankların dörddə biri lisenziyasız qalıb: “Devalvasiyalardan sonra bankların valyuta mövqeləri pozuldu, aktivləri pisləşdi, beynəlxalq reytinqləri aşağı düşdü, kreditləşmələri məhdudlaşdı, əmanətləri dollarlaşdı. Bütün bunlar ona gətirib çıxartdı ki, bankların gəlirləri kəskin azaldı, problemli kreditlərin atması nəticəsində bankların əhali və xarici qurumlar qarşısında öhdəliklərinin yerinə yetirməsi ilə bağlı çətinliklər ortaya çıxartdı. Bütün bunlar ölkənin maliyyə sabitliyini təhlükə altına qoyur”.

S.Əliyev qeyd edib ki, palata bankları bağlayanda əsas kimi bir sıra səbəbləri əsas götürüb: “Aktivlərin qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirilməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaradılmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl edilməməsi, təhrif edilmiş hesabatların təqdim edilməsi, bütövlükdə cari fəaliyyətlərin etibarlı və prudensial qaydada idarə olunmaması, nəzarət orqanının verdiyi yazılı göstərişlərin yerinə yetirilməməsi. Göründüyü kimi, səbəblər kifayət qədər çoxdur. Hətta qanunvericiliyə görə, bu səbəblərin biri onların bağlanması üçün əsasdır. 

Bəs sual olunur: Oxşar vəziyyət digər banklarda, o cümlədən Beynəlxalq Bank və Bank Standartda da mövcud olub və niyə onlara münasibətdə analoji addım atılmadı? Axı təkcə Beynəlxalq Banka verilən yardımın həcmi ilə yerdə qalan bütün bankları xilas etmək olardı. Çünki ölkənin ən böyük bankının arxasında dövlətin durması, eyni zamanda sistem əhəmiyyətli olması onun immuniteti idi. ”Bank Standart"ı isə cəlb etdiyi depozitlərin həcmi qorudu. O, ikinci ən böyük depozit payına malik bankdır. Ancaq bağlanan bankların heç biri üçün nə sistem əhəmiyyətlidir, nə də bazarda ciddi paya malikdir. Onların arxasında heç böyük güclər də durmur.Palatanın vəziyyətini anlamaq olar. Bank sisteminin çətin dövründə bazara girib. Palatanın yaradılması qərarı doğru olsa da zaman uğursuz seçilmişdi. Palata maliyyə sistemində sabitliyi təmin etmək üçün bir qədər sərt addımlar atmağa məcburdur. Sistemə təhlükə törədən, düzgün idarəetmə qurmayan, məsuliyyətsiz əmanət cəlb edən, eyni zamanda məsuliyyətsiz kreditləşmə həyata keçirən bankların bazardan getməsi labüddür. Ona görə palatanın bu addımını düzgün saymaq olar. Ancaq problem başqadır. Bütün proseslər, o cümlədən qərarlar qapalı şəkildə verilir. Əvvəla, palatanın bu gün verdiyi qərarların hüquqi qüvvəsi sual altındadır. İkincisi, əsaslandırmalar çox ümumi şəkildə təqdim edilir və qeyd etdiyimiz kimi, oxşar səbəbləri digər banklara da şamil etmək olar. Halbuki sistem əhəmiyyətli bankları çıxmaq şərti ilə həmin əsaslarla bağlanmalı olan digər banklar da var. Prosesin şəffaf aparılmaması çoxlu suallar yaradır və arxasız bankların ilk öncə sıradan çıxarılması fikrini qüvvətləndirir".

S.Əliyevin sözlərinə görə, yaxın dövrdə bank sektorunu yaxşı heç nə gözləmir: “Yaxın dövrlərdə daha 3-4 bankın ”qara kağız" almaq ehtimalı var. Depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir. Bankların sağlamlaşdırılması və bağlanması prosesi şəffaf aparılmadığından qərarların subyektiv şəkildə verilməkdə davam edəcəyini deməyə əsas verir. Hər bir halda bankların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onları bağlanmaq təhlükəsindən xilas etməyəcək. Manat getdikcə mövqelərini itirir və proses zəif olsa belə davam edəcək.

Dollar kreditlərinin qaytarılması problemi banklar üçün işə düşməsi yavaşıdılan mina rolunu oynamaqda davam edir. Real sektor zəif inkişaf etdiyindən və getdikcə də kiçildiyindən bankların fəaliyyəti məhdudlaşdır. Bankların kapitallaşması onları bir müddət qorusa da gələcəkdə iflasdan xilas edə bilməyəcək. Ona görə də palatanın addımını heç də bankların tələbləri yerinə yetirə bilməməsinin səbəbi kimi göstərmək olmaz. Qərarlar daha çox strateji xarakter daşıyır. Yəni bankların getdikcə sayının azaldılması prioritet olaraq qalacaq. Ona görə də banklar təcili birləşməyə qərar verməlidir. Qarşıda Azərbaycan iqtisadiyyatını çətin günlər gözləyir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar