Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bankların gələcəyi - bağlanma, yoxsa birləşmə?

Rəsmilər bəzi bankların sağlamlaşdırılacağını deyir, ekspertlər isə əksinə...


Ölkə bankları ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır. Son olaraq maliyyə naziri Samir Şərifov bildirib ki, Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi gedir. Lakin proses olduqca mürəkkəbdir: 

“Sağlamlaşdırma proseduru dünya praktikasında qəbul olunmuş prosesdir. Dövlət bankın sağlamlaşdırılmasını öz üzərinə götürüb və əsas məsələlərdən biri də əmanətçilərin maraqlarıdır. Sağlamlaşdırma prosesində dəyişmiş makroiqtisadi şərait nəzərə alınmalıdır. Sağlamlaşdırma prosesinin əsas məqsədlərindən biri də odur ki, biz bu bankı bir qədər kiçiltməliyik. Xarici öhdəliklər qaytarıldıqdan sonra bankın həm aktivləri, həm də passivləri ciddi şəkildə azalacaq”. S.Şərifov əlavə edib ki, yekun nəticədə bank sağlamlaşdırıldıqdan sonra özəlləşdirilməyə hazır olacaq. 

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə bildirib ki, “Bank Standard” QSC-nin sağlamlaşdırılmasına başlanılıb və bütövlükdə digər bir dövlət bankı vasitəsilə Mərkəzi Bank əhəmiyyətli likvidlik verib. Onun sözlərinə görə, hazırda bu proses davam etdirilir. 

İqtisadçı ekspert Qadir İbrahimli  musavat.com-a açıqlamasında bildirib ki, proseslər Maliyyə Bazarlarına Nəzarət Palatasının iradəsindən kənarda baş verir: “Çünki Azərbaycanda bankların özü neft pulları üzərində qurulan banklar idi. Gəlirləri neft pulları hesabına formalaşmış banklar idi. Təbii ki, ölkənin gəliri azaldıqca banklar da pis duruma düşdülər. Təsəvvür edin, ölkə bankları 10-a yaxın əməliyyat həyata keçirirlər. Ancaq müasir bank sistemində 1000-ə yaxın bank xidmətləri var. Həmin xidmətlər Azərbaycanda tətbiq edilmir. Yəni Azərbaycanda bankların böyük əksəriyyəti primitiv əsaslarla xaricdən aşağı faizlə kredit cəlb edib, yüksək faizlə əhaliyə həmin krediti satmaqla məşğul olub. Bu səbəbdən də bank sektoru inkişaf etməyib. Yəni Mərkəzi Bank da hələ böyük neft pulları olan dövrdə bank sektorunda ciddi islahatlar aparmaq istəməyib. Banklar arasında rəqabət mühitini təmin etmək istəməyib”. 

Onun sözlərinə görə, bu gün ölkə banklarında kifayət qədər böyük faiz dərəcələri var: “Azərbaycandakı müştərilərlə bağlanan müqavilələrdə kifayət qədər qeyri-dəqiq, sırf bankın xeyrinə olan müddəalar var. Yəni bank sektounda islahatlar gedəcək. Hesab edirəm ki, islahatların keçirilməsi istiqamətində bir çox bankların sıradan çıxması təbii prosesdir. Hətta Mərkəzi Bank, yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası istəsə belə, həmin bankları xilas edə bilməz. Azərbaycanda tam yeni bir iqtisadi dövr başlayıb, iqtisadi reallıqlar başlayıb. Bu reallıqda təbii ki, bir sıra bankların sıradan çıxması, yaxud birləşməsi təbii bir prosesdir. Bu, bankirlərin bu yeni situasiyaya nə qədər hazır olacağından asılıdır. Əgər hazır olacaqlarsa, banklarını xilas edə biləcəklər, hazır deyillərsə, əksinə, böhran daha da dərinləşəcək”.

Ekspert Vüqar Bayramov isə musavat.com-a deyib ki, bank sektoru tarixinin heç də arzuolunan illərini yaşamır. Bəzi bankların, o cümlədən “Bank Standart”ın öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı problemləri var və vətəndaşlar depozitləri geri ala bilmirlər. Ötən bir il müddətində 10 bankın müflis olması ilə bağlı qərar qəbul edilib. Bu proses davam edəcək. Çünki indiki halda 33 bank belə Azərbaycan üçün çoxdur. Azərbaycan iqtisadiyyatının mövcud həcmini, dövriyyəsini nəzərə alsaq, 33 bank sayca çoxdur. Bizim qiymətləndirmə onu göstərir ki, əslində Mərkəzi Bank, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası çalışmalıdır ki, konsolidasiya, birləşmə yolu ilə bankların sayının 20-yə qədər azalmasına nail olsun. Çox təəssüf ki, ötən müddət göstərir ki, hələlik bankların müflisləşməsi yolu ilə bankların sayının azalması proseduru müşahidə edilir. Digər yol, konsolidasiya demək olar ki, getmir".

Ekspertin sözlərinə görə, Mərkəzi Bank, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası birləşmə yolu ilə bankların sayının azalmasına çalışmalıdır: “Bankların sayı azalacaq. Bunu gec-tez biz müşahidə edəcəyik. Rəqabət mühiti olacaqsa və gələcəkdə sektor liberallaşarsa, xarici banklar bank sektoruna daha sərbəst şəkildə daxil olarsa, bu, birmənalı şəkildə bankların sayına təsir göstərəcək. Ona görə həm Palata, həm Mərkəzi Bank liberallaşma prosesinə hazır olmalıdır. Bankların birləşdirilməsinə nail olmağa çalışmalıdırlar. Mərkəzi Bank birləşən banklar üçün daha güzəştli şərtlərlə kreditlər versin. Həmin bankların mərkəzləşmiş kreditlərə çıxış imkanlarını artırsın. İkincisi, birləşmə prosesinin sürətləndirilməsinin təşviq edilməsi üçün daha məqsədəuyğundur ki, islahatlar üçün müəyyən güzəştlər tətbiq olunsun. Mərkəzi Bank və Palata hökumət qarşısında bununla bağlı məsələ qaldıra bilər. Vergi Məcəlləsinə də bunun daxil edilməsi mümkündür. Bu da bankları təşviq edə bilər ki, banklar birləşmədə maraqlı olsunlar”. 

V.Bayramov qeyd edib ki, eyni zamanda birləşmiş bank üçün idarə edilmə ilə bağlı Mərkəzi Bank tərəfindən korporativ idarəetmənin tətbiq edilməsi istiqamətində yardımlara keçilə bilər: “Çünki bu gün birləşməyə mane olan səbəblərdən biri bankların menecmentində olan çatışmazlıqlardır. İdarəetmədə problemlər var. Ona görə də korporativ idarəetmə və şəffaf idarəetməyə ehtiyac var. Bu istiqamətdə də yardım olduqca vacibdir. Yəni bank sektoru nə qədər şəffaflaşacaqsa, nə qədər idarəetmə mexanizmi təkmilləşəcəksə, banklar o qədər müflis olmağa deyil, birləşməyə meylli olacaq”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar