Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurluq siyasi partiya sədrlərinə “olmaz“ dedi


Baş Prokurluqdan siyasi partiya sədrlərinə cavab gəlib:


Bir müddət əvvəl KİV -lər Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiya rəhbərlərinin Baş prokuror Zakir Qaralova hazırda istintaq təcridxanalarında və cəzaçəkmə yerlərində həbsdə saxlanılan, Leyla Yunus,İntiqam Əliyev, Mövsüm Səmədov, Taleh Bağırzadə, Fərəc Kərimli ilə görüşmələrinə icazə verilməsi barədə kömək göstərməsi xahişi ilə müraciəti haqqında məlumat getmişdi. 


KXCP  sədri  Mirahmud  Mirəli oğlu, Müsavat Partiyasının başqanı  İsa Qəmbər,  ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İ. Ağazadə,  ALDP sədri  F. Əliyev, Aydınlar Partiyasının sədri Q. Əlibəyli,  Azadlıq Partiyasının sədri Ə. Oruc, BAP sədri E. Musayev, Azad Demokratlar Partiyasının sədri S. Əkbər,  AXP sədri P. Hüseynin  imzaladığı müraciətdə deyilirdi ki, leyla Yunus  və İntiam Əliyev Sülh və Demokratiya İnstitunun və Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbərləridir. Fərəc Kərimli  Müsavat Partiyasının üzvü və sosial şəbəkə fəalıdır. Hər üç şəxs 1- saylı istintaq təcridxanasında saxlanılır.  Bu şəxslərlə görüşmək istəyinin səbəbi ondan ibarətdir ki, son dövrdə həbs yerlərində həmin şəxslərə təzyiq göstərildiyi barədə KİV - lərdə ardıcıl informasiyalar gedir. Bu informasiyalar cəmiyyəti, o cümlədən rəhbərlik etdiyimiz siyasi partiya üzvlərini ciddi şəkildə həyəcanlandırıb,  narahat edir.  Bizə məsələ barədə çoxsaylı müraciətlər vardır. Hesab edirik ki, belə bir görüş baş tutarsa bu yayılan məlumatlar barədə obyektiv rəyin formalaşmasına da fayda verərdi.” Musavat.com -un KXCP- funksioneri  Xəzər Teyyubludan əldə etdiyi məlumata görə Baş Prokurorluqdan partiya sədrlərinə cavab artıq alınıb. AR Baş Prokurorluğunun  Ağır cinayətlərə dair işlər üzrə itintaq idrəsinin rəisi Eldar Əhmədov tərəfindən imzalanmış cavabda bildirilir ki, “həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında “Azərbaycan Respublikasının 22.05.2012- ci il tarixli Qanununa əsasən analoji müraciətlərə həbs yerlərinin müdiriyyəti tərəfindən baxılır”. 

Xəbəri şərh edən Xəzər Teyyublu deyib ki,  Baş Prokurorluq faktiki olaraq partiya sədrlərinə kömək göstərməkdən imtina edib. Diqqəti cəlb edən odur ki, prokurorluq müraciəti aidiyyəti üzrə həbs yerləri müdiriyyətlərinə də göndərməyi lazım bilməyib. İstənilən halda məhkəməyə qədərki istintaq mərhələsində prokurorun (müstəntiqin ) icazəsi olmadan həbs yerlərində saxlanılan şəxslərlə kənar şəxslərin görüşlərinin mümkün olmadığı da məlumdur. Əlavə edək ki, partiya sədrləri analoji  müracəti Ədliyyə naziri Fikrət Məmmədova da göndəriblər. Xəzər Teyyublu həbs yeləri müdiriyyətlərinə müraciətlər edilməsi məsələsinə partya sədrlərinin gələn həftə keçiriləcək toplantısında baxılacağını söyləyib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar