Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq Leyla Yunusla bağlı açıqlama verdi


Xəbər verdiyimiz kimi, jurnalist Rauf Mirqədirovun həbsindən sonra hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus açıqlama verib. O, R. Mirqədirovun SDİ xətti ilə Ermənistana səfər etməsini bildirib və bunda heç bir cinayət tərkibi olmadığını dilə gətirib. Belə olan halda Leyla Yunusun da istintaqa cəlb edilməsi ehtimalı yaranır.


PİA.AZ bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı modern.az-ın sorğusuna cavab verib. “Qeyd edilən cinayət işi üzrə istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan, eyni zamanda həmin informasiyalar istintaqa sirri təşkil etdiyindən sorğunuzun cavablandırılması cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir”, – deyə E. Sultanov bildirib. Qeyd edək ki, aprelin 19-da Türkiyədən deportasiya edilmiş “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, Azərbaycan vətəndaşı Rauf Mirqədirov casusluq və dövlət sirri təşkil edən məlumatı ötürməkdə ittiham olunur.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. Jurnalistin vəkili Fuad Ağayev bildirib ki, R. Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı hərbi vəziyyət barədə Ermənistana məlumat ötürməkdə şübhəli bilinir. R. Mirqədirov hələlik ifadə verməkdən imtina edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar