Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq nardaranlıların danışıq təklifini qəbul etməyib - Video


Nardaranda ötən gün baş vermiş qarşıdurmadan sonra bu gün artıq sakitlikdir. Nardaranda təhlükəsizliyin təmin edilməsi üçün kəndə polis cəlb edilib. Bu gün bir qrup ağsaqqal danışıqlar təklif edib


PİA.AZ saytı ANS televiziyasına istinadən xəbər verir ki, Baş Prokurorluq Nardaran ağsaqqalı Məşədi Natiq Kərimovun danışıqlar təklifini qəbul etməyib.  

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS-ə silahlı dəstə ilə danışıq aparmaq niyyətləri olmadığını bildirib.  

Hazırda Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla insidentin bütün iştirakçılarının, həmçinin həmin silahlı dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.  

Bu gün Nardaran kəndində sakitlik hökm sürüb. Baxmayaraq ki, polis gücləndirilmiş iş rejimində işləyir. Kəndə gedən yolda avtomobillər yoxlanılır. Kəndin girəcəyində isə bəzi şəxslər daşlardan və təkərlərdən barrikadalar qurublar.  

Bu arada Nardaran kəndinin elektrik enerjisi kəsilib. “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev ANS-ə bildirdi ki, işığın kəsilməsinə səbəb abonentlərin borclu olmasıdır.  

Nardaran kəndinin ümumi ödəmə göstəricisi 2% təşkil edir. Xəbərdarlıqdan sonra kəndə işığın verilməsi dayandırılıb.


    

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar