Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş bankirin qızının yeni kolleksiyası Türkiyə mətbuatında! - Foto

Dünya şöhrətli “De Grisogono” zərgərlik brendinin dizayneri Favaz Qruozi modelyer Günel Rüstəmovanın işlərini bəyəndiyini söyləyib


PİA.AZ Publika.az-a istinadən xəbər verir ki, modelyer Günel Rüstəmovanın “De Grisogono” markası ilə birlikdə təşkil etdiyi moda gecəsi Türkiyə mətbuatında yer alıb. Belə ki, Tülün Şahin iştirak etdiyi moda nümayişindən reportaj hazırlayıb.

“De Grisogono” zərgərlik brendinin yaradıcısı Favaz Qruozi Tülün Şahinə müsahibə verib.

Dünya şöhrətli zərgərlik  brendinin yaradıcısı  F. Qruozi müsahibəsində əməkdaşlıq etdiyi Günel Rüstəmovanın yeni kolleksiyası haqqında fikirlərini bölüşüb:

“Onunla Parisdə bir şirkət vasitəsilə tanış olmuşuq. Artıq iki ildir ki, Günellə birlikdə çalışırıq,  may ayında 3 ilimiz tamam olacaq. Həm də o, son dərəcə istedadlı xanımdır”.

Günel Rüstəmova da müsahibəsində dünya şöhrətli zərgərlə birlikdə dəfilə təşkil etməkdən məmnunluğunu ifadə edib: 

“İkimiz də bir-birimizin işlərini bəyənir və bir-birimizi tamamlayırıq. Favaz Qruozinin dizaynlarını çox sevirəm. Bu əməkdaşlıqdan zövq alıram”.

Modelyer açıqlamasında yeni kolleksiyasında boz və şərab rənglərinin üstünlük təşkil etdiyini bildirib:

“Yeni kolleksiyasının ilham mənbəyi uşaqlıdan bu günə qədər filmlərdə gördüyüm, kitablarda bəyəndiyim qadın qəhrəmanlar olub. Libaslarda dizaynerin işlərini də əks etdirməyə çalışmışıq”.

Xatırladaq ki, Azərbaycanlı modelyer, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın rəhbərlik etdiyi "Gyunel" moda evinin yeni kolleksiyası Parisdə nümayiş olunmuşdu. Şouda dizaynerin qiymətli zinət əşyaları ilə yanaşı, Günelin “Gyunel” markasının yeni kolleksiyası da təqdim edilib. “De Grisogono” zərgərlik brendinin yeni kolleksiyasını təqdim edən modellər Günelin libaslarını geyinib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar