Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazirlik uğrunda savaşda əsəblər dözməyib?


İki hökümət üzvünün sensasion telefon qalmaqalı


Bu yaxınlarda Azərbaycan hökuməti daxilində sensasiyalı bir qalmaqal qeydə alınıb. 

Mötəbər qaynaqdan AzPolitika.info-ya daxil olan məlumata görə, maliyyə naziri Samir Şərifov telefon danışığı zamanı baş nazirin birinci müavini Yaqub Eyyubova çox sərt cavab qaytarıb və dəstəyi onun üzünə çırpıb.

Məlumata görə, baş nazirin birinci müavini maliyyə nazirinə zəng edərək, hansısa məsələləri müzakirə edib və müəyyən işlərin görülməsi üçün, çox güman ki, maliyyə ayrılmasını istəyib. Y.Eyyubov öz istəklərini Prezidentin tapşırıqları ilə əlaqələndirib. Lakin gözlənilmədən qarşı tərəfdən sərt təpgi alıb. Samir Şərifov kobud tərzdə cavab qaytararaq, telefonun dəstəyini asıb.

Qəzəblənmiş baş nazirin müavininin növbəti zəngləri isə cavabsız qalıb – nazir telefonun dəstəyini qaldırmayıb.

Yaqub Eyyubovun nazirdən Prezident Əliyevə şikayət edib-etmədiyi bilinmir.

Azərbaycan hakimiyyətinin idarəetmə prinsipi və komandadaxili münasibətlərin xarakterinə zidd olan bu hadisənin Baş nazirlik uğrunda rəqabətin qızışdığı indiki dövrə təsadüf etməsi düşündürücüdür. Məlumdur ki, bu yarışda ən ciddi fiqurlardan biri məhz Samir Şərifovdur. Hətta hakimiyyət daxilindən sızan məlumatlarda Samir Şərifov Artur Rəsizadənin xələfi olmağa ən şanslı iddiaçı kimi təqdim olunur (Bu barədə AzPolitika.infoda bir qədər əvvəl yayımlanmış “BAŞ NAZİRLİK UĞRUNDA MÜBARİZƏDƏ ŞOK” adlı təhlili məqalədə geniş bəhs olunub). İstisna deyil ki, xaraktercə eqoist, özündərazı bir şəxs kimi təqdim olunan Samir Şərifov, artıq özünü Baş nazir kreslosunda hiss etdiyindəndir ki, hazırki Baş nazirin birinci müavini ilə sərt üslubda danışmağı və hətta söhbəti bitirmədən telefonun dəstəyini asmağı özünə rəva bilir.

Onu da xatırlatmaq yerinə düşər ki, Yaqub Eyyubovun da Baş nazir postuna iddialılardan biri olduğu haqda məlumatlar var. Bu faktoru da göz önünə aldıqda, Samir Şərifovla Yaqub Eyyubovun rəqib kimi üz-üzə gəldiklərini və münasibətlərində gərginliyin burdan qaynaqlandığını da söyləmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar