Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş prokurorun 1-ci müavini öldürülən məhkumun bacısını qəbul etdi


Simuzər Babayeva: “Mən qardaşımı öldürən şəxslərin ictimaiyyətin gözü qarşısında cəzalandırılmasına nail olacağam”


14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş məhkum Elşad Babayevin bacısı Simuzər Babayevanı baş prokurorun 1-ci müavini Rüstəm Usubov qəbul edib. S.Babayeva də eyib ki, qəbulda Baş Prokurorluğun  istintaqa nəzarət şöbəsinin rəisi Nazim Abbasov, Bakı şəhər  prokurorunun müavini Azər Əsgərov və Qaradağ prokurorluğunun müstəntiqi Eyyub Bəşirov iştirak ediblər: “Mən Rüstəm Usubovu dinlədim. O dedi ki, yanarın 10-da iş üzrə 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlayıblar. Gördükləri işlərdən danışdı. Dedim ki, o maddə ilə cinayət işinin araşdırılmasına razı deyiləm.  Qardaşım döyülərək öldürülüb və Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120) maddəsi ilə cinayət işi başlayıb onu öldürənlər cəzaya çatdırılmalıdır. Mənim qardaşımı dekabrın 13-də vəhşicəsinə döyüblər. Dekabrın 22-nə qədər onu ac-susuz saxlayıblar, həkim çağırmayıblar. Qardaşım aldığı xəsarətlərdən ölüb. Əgər bunu mən adi bir vətəndaş kimi qavraya bilirəmsə, deməli, sizlər də bunu yaxşı qavrayırsınız. Bu sizin ilk işiniz deyil ki, kənardan kiminsə fikrinə ehtiyacınız olsun”.
S.Babayeva bildirdi ki, R.Usubov istintaqın gedişatı ilə bağlı ona məlumat veriləcəyini söyləyib: “Bu hadisədən sonra cəzaçəkmə müəssisəsindən azad olunan vəkil Qurban Məmmədovun niyə dindirilmədiyini soruşdum. Müstəntiqə tapşırıldı ki, çağırılıb ifadəsi alınsın. Rüstəm Usubov müvafiq göstərişlər verdi. Mən qardaşımı öldürən şəxslərin ictimaiyyətin gözü qarşısında cəzalandırılmasına nail olacağam. Mən geri çəkilən deyiləm”.

Qeyd edək ki, dekabrın 30-da 14 saylı cəzaçəkmə müəssisəsindən əfv fərmanına əsasən azad olunan Q.Məmmədov E.Babayevin döyülərək öldürüldüyü haqda mətbuata açıqlama verib. Vəkil deyib ki, dekabrın 22-də səhər 9 radələrində  çəzaçəkmə müəssisəsinə 1 dustağın döyülərək öldürülməsi haqda xəbər yayılıb. “Bu hadisəyə etiraz oldu. Təəssüf ki, məhkumlar etiraz hüquqlarından kənara çıxdılar. Növbətçi hissəyə hücum oldu, nəzarətçilər döyüldü. Eşitdiyim, bildiyim məlumatlar var. Bu cinayət ört-basdır edilə bilməz. Bəli, orada qanun pozulub. Lakin bu bir məhbusun döyülərək, işgəncə verilərək öldürülməsinə görədir. Dövlət buna diqqət etməlidir. Yəni məhbuslar orada etiraz vəziyyəti yaratmaq istəyi ilə qalxmayıblar. Ona görə də etiraza qalxan məhbuslara münasibətdə dövlət  humanist olmalıdır” - deyə Q.Məmmədov bildirib. 

Q.Məmmədov deyib ki, etirazdan sonra 11 dustaq Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə köçürülüb. Qalanları isə 14 saylı cəzaçəkmə müəssisəsinin karsındadır: “Tubzon”dan qayıdanlar orada dəhşətli hadisələrin yaşandığını danışırlar. Bu məsələ ictimaiyyətin diqqətində olmalıdır. Ora ictimaiyyət nümayəndələrinin iştirakı ilə baxış keçirilməlidir. Məhkumlar Araz Quliyev, Miryusif Seyidovun ağır durumda olduğu bildirilir. Ora gedib araşdırma aparılmalıdır. Onlar ölüblər, yoxsa qalıblar, müəyyən olunmalıdır”.
Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar qiyama qalxıb. Buna səbəb isə məhkum Elşad Babayevin karsda (cəza kamerası) işgəncə ilə öldürülməsi olub. Öldürülən məhkumun yaxınlarının təqdim etdikləri fotolarda E.Babayevin bədəni üzərində çoxsaylı xəsarətlərin olduğu görünür. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar