Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başa buzlu su tökdürən ALS xəstəliyi necə yaranır?


Son günlər bir sosial məsuliyyət layihəsi böyük marağa səbəb olub


“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukenberq başından bir vedrə buz kimi su tökməsi ilə həmin kapmaniyaya start verib. #IceBucketChallenge adlı həştəqi ilə paylaşılan video xeyli gəlir gətirib. Məqsəd Amyotrofik lateral skleroz (ALS) xəstəliyindən əziyyət çəkənlərə yardım etməkdir. 

Kampanyanın təşəbbüskarlarından biri də 27 yaşındakı Corey Griffindir. O, yaxın dostu Pete Fratesin ALS-yə yoluxmasından sonra kampaniyaya başlayıb. Aksiyaçılar xəstəlikdən əziyyət çəkənlərə dəstək məqsədilə məşhurların başına vedrə ilə soyuq su tökür və estafeti digərlərinə verirlər.

Bundan imtina edənlər müəyyən məbləğdə pul ödəməlidrlər. 

Kampaniyaya ABŞ-ın keçmiş prezidenti Corc Buş “Microsoft”un prezidenti Bil Qeyts, müğənnilər Jenifer Lopes, Demet Akalın, Hülya Avşar, Castin Biber, Selena Qomez, məşhur futbolçular Neymar, Kristiano Ronaldo, Mario Balotelli, Arda Turan, aktyorlar Cim Parsons və Robert Dauni də qoşulub. Hazırda fondun hesabına 20 milyon dollara yaxın  pul toplanıb. 

Artıq Azərbaycanda da bu aksiyaya qoşulanlar var. Onlar arasında sadə insanlarla yanaşı, tanınmış simalar da az deyil. Bu günlərdə müğənnilər Zamiq, Rəqsanə və Sevda bu cür videolarını yayıblar. 

İdmançı Kamil Zeynalov ALS-dən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən xeyriyyə kampaniyasına qoşulub və bir vedrə buzu başından tökərək siyasətçiləri bu aksiyaya qoşulmağa çağırıb. Bakı meri Hacıbala Abutalıbovu bu kampaniyaya qoşulmağa çağıran Kamil adlı şəxs estafeti ona ötürüb. 
Bəs bu xəstəlik necə yaranır? Amyotrofik lateral skleroz, qısaca ALS adlanan xəstəlik qonşu Türkiyədə “Fənərbaxça”lı futbolçu Sədat Balkanlı xəstəliyi kimi tanınır. Sinir sistemi mərəzi olan ALS-nin əsas özəlliyi əzələlərin zəifləyərək əriməsi və xəstənin ən sonda qüvvətdən düşməsi və yatağa bağlanması ilə nəticələnir. 

Bu xəstəlik bir müddətdən sonra danışma və udqunma problemi yaradır. Xəstəliyin sürətlənən vaxtlarında içərisində hava çatışmazlığı və ağciyər infeksiyası ölümə səbəb ola bilir. Xəstəliyə 100 mində bir adamda rast gəlinir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında deyib ki, ALS xəstəliyin baş vermə səbəbi bəlli deyil: “Xəstəliyin başvermə səbəbi birmənalı olaraq sübuta yetirilməyib. Bu barədə müxtəlif nəzəriyyələr var. Buna xarici ölkələrdə şarko xəstəliyi də deyirlər. ALS hərəki sinirlərin zədələnməsi və tədricən mərkəzi sinir sisteminin sıradan çıxması ilə müşayiət olunur. Yuxarı baş-beynin hərəki hissəsi, onurğa beynin ön buynuzları, baş beynin sinirlərinin nüvələri zədələnir və son nəticədə əzələlərin iflicinə gətirib çıxarır”. 

Həkim bildirib ki, ALS xəstəliyi zamanı çox hallarda ölüm baş verir: “Həmçinin bu xəstəlik nəfəs yollarının infeksiyasına gətirib çıxarır. Tənəffüs əzələləri işləməyəndə nəfəsalma mümkün olmur. Azərbaycanda da bu cür xəstəlik yayılıb. Xəstəlik adətən, irsi xarakter daşıyır. Bu xəstəliyin yayıldığı insanlar və onların nəsilləri izlənməlidir. 

Hazırda bu xəstəliyin geniş dinamikasını görümrəm. Təcrübəm ərzində bir neçə belə xəstə müşahidə etmiş. Hesab edirəm ki, bu cür irsi faktoru olan xəstəliklər nəzarətə götürülsün. İnsanlar ailə qurandan sonra nəsildə bu cür hallar olursa, onlar mütləq nəzarətdə saxlanmalıdır”.

Xatırladaq ki, şərtlərə əsasən kampaniyaya qoşulan şəxs ya başından aşağı buzlu su tökülməsinə, ya da 100 dollarlıq yardım etməyə razı olmalıdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar