Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bax, sovetin vaxtında...


Hər il qızmar yayın istisindən bizi bir hadisə də ayırır və hətta dərindən düşünməyə vadar edir. Məsələ bundadır ki, orta məktəblərdəki buraxılış və qəbul imtahanları yalnız bilavasitə valideynlərin özlərini maraqlandıran hadisələr deyil...


O insanları ki, cəmiyyətin mövcud durumu, onun içində gedən proseslər və onun perspektivləri maraqlandırır, onlar bu imtahanlara biganə qala bilmirlər. 

Bu il də belə oldu. Hələ qəbul imtahanları başlamayıb. Amma buraxılış imtahanları bitib və onların nəticələri artıq bəllidir... Etiraf edim ki, həmin bu nəticələr ildən-ilə daha çox düşünməyə vadar edir. Hər il ilin ən qabaqcıl və ən savadsız regionları müəyyən edilir. İllər ərzində onlar dəyişir və sözün əsl, həm yaxşı, həm də pis mənasında estafeti bir-birinə ötürürlər...

Hamını da daha çox uğursuzluqlar, mənfi hallar qayğılandırır. Dərhal belə təsəvvür yaranır ki, cəmiyyət savadsızlaşmağa doğru gedir...

Adətən təhsili keçmiş sovetlər vaxtındakı ilə müqayisə edirlər. Bu da təbiidir, çünki bu, bizim yaxın keçmişimizlə bağlıdır...

Amma mən sovetlərin dövründə təhsil almış bir adam kimi deyirəm ki, vəziyyət heç də düşünülən qədər də ağır deyil. Sovetlərin dövründə bir sinifdə azı 30 şagird olardı. Bəzən bundan da artıq ola bilirdi. Adətən bir sinifdə 5-6 nəfər şagird sözün əsl mənasında çalışırdı. Qalanları ya onları istismar edir, ya da müəllimlərin yazdığı “tramvay altında qalmış üç”lə kifayətlənməli olurdular...

Əgər o vaxt da indiki kimi ciddi imtahan keçirilsəydi onda ən azı şagirdlərin 90-95 faizi bu imtahanlardan qeyri-kafi qiymət alardı. O dövrdə şagirlərə kafi qiyməti ona görə yazırdılar ki, sinifdə qalanlar olmasın, çünki bu, həm məktəbin imicinə xələl gətirirdi, həm də dövlətə lazım deyildi. Elə ona görə də sadəcə, yola verirdilər...

İndi imtahanlar çox ciddi keçir. Və təbii ki, onlar əsl mənzərini üzə çıxarırlar. 
Ona görə də nə varsa, o da var... Biri var, özünü aldadasan, biri də var ki, heç olmasa, həqiqəti biləsən...
Sovet təhsil sistemini də çox şişirdirlər. Təsəvvür edin, sovetlərin bütün tarixi ərzində bircə nəfər belə olsun azərbaycanlı şagird beynəlxalq olimpiada qalibi olmamışdı. Amma indi baxın. Neçə belə şagird olub!..
Üstəlik, proqramlar da elə sovet dövründə olduğu kimi qalıb. Mən bunu elə də müsbət hal saymıram. Sovetlərin son çağlarında belə bir hadisə olmuşdu. Bəli, bir amerikalı mütəxəssis riyaziyyat dərsliyini vərəqləyəndən sonra demişdi ki, sizə iqtisadi islahatları aparmaq çox çətin olacaq...
Sovetlər şagirdləri yükləməyi sevirdilər. Hətta o vaxt adam düşünürdü ki, əgər bir mövzu ali məktəblərdə daha ətraflı və dərin keçiriləcəksə onu orta məktəbdə zorla şagirdlərin beyninə “doldurmağ”a nə ehtiyac var?..
İndi də sovet dövrünün proqramlarına elə də ciddi dəyişikliklər etməyiblər. Bu dünya təhsil təcrübəsi nöqteyi-nəzərindən nə qədər məqsədəuyğundur, təəssüf ki, deyə bilmərəm...

Sovet təhsil sisteminin başqa üstünlükləri vardı. Dəqiq elmlərin nümayəndəsi kimi deyə bilərəm ki, indi şagirdlərə formul əzbərlətdiririlər. Təbii ki, məktəblərdə hər şey ətraflı tədris edilir. Amma etiraf edək ki, son iki təhsil və tədris ilində şagirdlər əsas biliyi repetitorlardan və hazırlıq kurslarından alırlar. Onlar isə şagirdlərə sadəcə, formulları və qaydaları verirlər. Nəticədə də şagirdlər demək olar ki, həmin formulların haradan alındığını bilmir və bu, da müəyyən vaxtdan sonra mexaniki bilik kimi tamam unudulur...
Ümumi halda götürdükdə isə, sovet təhsil sisteminin başqa üstünlyü yox idi. Hələ mən ictimai fənlərin yükünü, təhsilin ideologiyalaşdırılmasını demirəm. 

Təsəvvür edin, o vaxt ali məktəblərdə dövlət imtahanı kimi elmi kommunizmdən imtahan verirdilər. Bu, ümumiyyətlə, absurd idi. Amma nə etmək olar? Sovet gerçəkliyi belə absurdlarla zəngin idi və o vaxt belə hesab edilirdi ki, cəmiyyətə və dövlətə birinci növbədə kommunizm qurucusu lazımdır. Elə ona görə də o quruluş çox dözə bilmədi, çünki Nobel mükafatını kommunizm qurucusuna deyil, elmi kəşflərə görə verirdilər. Mühəndisdən də dünyada partiya tarixini bilmək deyil, yeni-yeni ixtiralar tələb olunurdu...
Amma sovet gerçəkliyi bunu nəzərə almırdı. Demirəm ki, indiki təhsil tamam qüsursuzdur. Yox, qüsurlar çoxdur. O, hələ tam oturuşmayıb, tam formalaşmayıb. Fəqət, oturub-durub elə “Bax, sovetin vaxtında...” deməyin də mənası yoxdur, çünki o vaxtları da görmüşük...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar