Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram Səfərov hər kəsə meydan oxudu


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması mətbuatın gündəmindən düşmür


Teleqraf.com Bayram Səfərova yenidən müraciət edərək yayılan məlumatlara münasibətini öyrənib. 
 
- Bayram müəllim, ATV-nin keçmiş prezidentinə məxsus olmuş qiyməti milyon dollarlarla ölçülən villanı almağınız mətbuatın gündəmindən düşmür. (Fikrimi tamamlamağa imkan vermir)

- Nə yazırlar?
 
- Yazırlar ki, Bayram Səfərovda bu qədər pul hardandır?

- Qələt edirlər. Bu, mənim şəxsi işimdir. 
 
- Axı siz Şuşa İcra Hakimiyyətinin, Qarabağın Azərbaycan icmasının başçısısız? 

- Nə olsun? Mən villa ala bilmərəm? Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var.
 
- Maaşınız buna imkan verir?..

- A kişi, gedin öz işinizlə məşğul olun.
 
- Bizim işimiz elə belə məqamlarda sizə sual ünvanlamaqdır.

- Mənim şəxsi işimə qarışa bilməzsiz. 
 
- Dövlət büdcəsindən maaş alan məmurun villa alması şəxsi işdir?

- Bəli, şəxsi işdir, mən icra başçısı olmaqla bərabər, sizin kimi insanam. 
 
- Axı mənim nəinki villa, ev almağa belə imkanım yoxdur.

- İşləsəniz olar, sağ olun.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar