Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram günlərində Bakı otellərində yer tapılmır - Turist axını


Hər il Novruz bayramı ərəfəsində Azərbaycana xarici ölkələrdən, o cümlədən, qonşu İran və Rusiyadan səfər edənlərin sayı artır. Ötən illərlə müqayisədə manatın məzənnəsinin dollara nəzərən ucuzlaşması ölkəyə gəlmək arzusunda olan turistlər üçün xeyli fürsət yaradıb. Bəs həmin tendensiya bu il necə, davam edəcəkmi?


Virtualaz.org bayram ərəfəsində Azərbaycana səfər edəcək turistlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, bu il də bayram tətilini Azərbaycanda, xüsusən də, paytaxtda keçrimək istəyənlər artıq öncədən otel rezervasiyalarını ediblər. 

Ekspertlər turist axınını həm də devalvasiyadan sonra Azərbaycanın qonşu ölkələrin turistləri üçün daha münasib olması ilə əlaqələndirirlər. Çünki beynəlxalq valyuta ilə səfər edən əcnəbilərə əllərindəki pulu Azərbaycan manatına konvertasiya etmək sərfəlidir.



Yaxın ölkələrdən səfər edənlərin böyük hissəsi tur operatorları ilə deyil, fərdi qaydada – avtobusla və ya şəxsi avtomobilləri ilə gəldiklərindən, turizm şirkətləri onların sayındakı artımla bağlı dolğun məlumata malik deyillər. Amma bununla belə, turizm şirkətlərinə müraciət edənlər də var.

“İmprotex” turizm şirkətindən virtualaz.org-a verilən məlumata görə, turistlər onlara daha çox viza ilə bağlı müraciət edirlər. Bu il ölkəyə gələn əcnəbilərin çoxu isə iranlı və ərəblərdir.

“Bayramla əlaqədar ölkəyə səfər etmək üçün müraciət edənlərin sayı ötən illərlə müqayisədə çoxdur. Məsələn, indiyə qədər təkcə bizim şirkətə 70-80 nəfər İran vətəndaşı, təxminən 50 nəfərə qədər ərəb müraciət edib. İranlılar əsasən fərdi qaydada gəlirlər, amma vizanı bizim vasitəmizlə alırlar”, - deyə şirkətin turizm meneceri bildirir.



Turizm şirkətinin əməkdaşı deyir ki, müraciət edən turistlərin çoxu paytaxtın otellərini deyil, kirayə evləri üstün tutur:

“Onların çoxu evlərdə kirayə qalırlar, oteldə qalanlar azdır. Lakin maddi imkanı yaxşı olanlar otellərə də müraciət edir. Biz onlara rayonlara turlar və bayram proqramları da təşkil edirik”, - deyə müsahib bildirir.

“VİP” tuizm şirkətindən isə bildirdilər ki, onlar daha çox “outgoing”lə məşğul olduqlarından, xaricdən Azərbaycana gəlmək istəyənlər bu firmaya müraciət etmir. Amma ölkədən kənarda Novruz bayramını keçirmək istəyənlərin sayında artım yoxdur. Devalvasiyadan sonra bizim yerli turstlər xaricə getməkdən imtina edirlər.

“Gilan” turizm şirkətindən də bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə səfər edən qonaqların sayında artım olduğunu deyirlər: “Bizə müraciət dən turistləri bizim otellər şəbəkəsində yerləşdiririk. Yəni “Gilan” turizmə müraciət edib kirayə evlərdə qalanlar yoxdur. Ötən illə müqayisədə gələn turistlərin sayında artım var. Məsələn, indiyə qədər bizə təxminən 150 turist səfər üçün müraciət edib. Bu sayın yaxın günlərdə bir qədər də artma ehtimalı var”.

Turizm əməkdaşı deyir ki, ən çox iranlı turistlər müraciət etsə də, gələnlər arasında ərəblər, pakistanlılar, ruslar və digər millətlərin nümayəndələrinə də rast gəlmək mümkündür.

“Bulvar İnn” və “Qafqaz” otellərində artıq bayram günləri ilə bağlı əcnəbilər tərəfindən müraciətlər olunduğunu deyirlər. “Qafqaz Baku City Hotel”də bayram ərəfəsində 20 gün bütün yerlərin dolduğunu deyirlər:

“Mart ayının 17-dən aprel ayının 5-ə kimi bizdə oteldə boş yer yoxdur, bütün nömrələrimiz sifariş olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə turist sayında təxminən 10-12% artım müşahidə olunur. Bizdə hazırda da rus turistlər var və bayram ərəfəsində Rusiya, İran, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələrdən səfər edənlər olacaq”.

Otel nümayəndəsi deyir ki, bəzi rezervlərə Qəbələ və digər şəhərlərdə şou-proqramlar daxildir.

Gələn turistlərin sayı çox olsa da, ölkədə hələ də ucuz otellər yoxdur. Ekspertlər deyirlər ki, Azərbaycanda 3-4 ulduzlu otellərin sayının az olması səbəbindən maddi imkanı orta səviyyədə olan əcnəbilər daha çox mənzil kirayə ediblər. Ekspertlər vurğulayırlar ki, Azərbaycana daha çox turist cəlb etmək üçün ilk olaraq burada qiymətlərə nəzarət etmək lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar